Çərşənbə , 16 Sentyabr 2020
Home » Gündəm » CƏBHƏDƏ DAHA BİR DÜŞMƏN TƏXRİBATI: Azərbaycan hərbçisi yaralandı – MN açıqladı

CƏBHƏDƏ DAHA BİR DÜŞMƏN TƏXRİBATI: Azərbaycan hərbçisi yaralandı – MN açıqladı

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb:

“Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır”.

Check Also

“Azəriqaz”da kadr dəyişikliyi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub. “Azəriqaz”dan Open.az-a verilən məlumata …