Şənbə , 13 Avqust 2022
Home » Manşet » Cəlilabadlı Paşa ləqəbli hərbçinin qayıdışı

Cəlilabadlı Paşa ləqəbli hərbçinin qayıdışı

Düşməni heybətli cüssəsi ilə vahiməyə salan Paşa ləqəbli qəhrəman Allahşükür Qasımov bu gün qalib əsgər kimi doğma yurdu Cəlilabadda böyük sevgi ilə qarşılanıb.

Boyukmillet.com xəbər verir ki, igid hərbçinin sağ-salamat qayıtması rayon sakinlərinin sevincinə səbəb olub. Uşaqdan böyüyə hamı rayon mərkəzinə Paşanı qarşılamağa çıxıb.

Müzəffər əsgərin atası Simran Qasımov oğlunun üzünü ağ etməsi ilə fəxr duyduğunu bildirib: “Düşməinin qarşısında igid kimi döyüşərək torpaqlarımızın azad olunmasında iştirak etdi”.

İndi Qasımovlar ailəsi ikiqat sevinc hissi yaşayır – həm Qarabağın azad olunmasına sevinən valideynlər indi də övladlarının sağ-salamat qayıtmasının sevincini yaşayırlar.Qeyd edək ki, Allahşükür Qasımov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azad olunması uğrunda döyüşüb.

Check Also

Azərbaycan lideri Ermənistana xəbərdarlıq edib

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistana xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə …