Cümə axşamı , 1 Dekabr 2022
Home » Manşet » “Cənnətim Qarabağ” konsert proqramı keçirilib

“Cənnətim Qarabağ” konsert proqramı keçirilib

11 noyabr 2022-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Cənnətim Qarabağ” konsert proqramı təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvinə İsmayılova və digər qonaqlar iştirak ediblər.

44 günlük Vətən müharibəsindəki Zəfərimizin 2-ci ildönümünə həsr edilmiş ASAN könüllülərinin tədbiri “ASAN xidmət”in dəstəyi, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə baş tutub.

Öncə milli orkestr və xorda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə ASAN könüllülərinin, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının və Milli Konservatoriyanın tələbələrinin ifaları səsləndirilib.

Həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işlərindən ibarət satış sərgisi keçirilib.

Tədbir könüllülərin ifasında Cənnətim Qarabağ mahnısı ilə başa çatıb.

Check Also

Babək Səmidlinin səs yazısı Dövlətimizə, Ordumuza və Türkiyəyə qarşı açıq təxribatdır…

Babək Səmidlinin yayılan səs yazısı ilə bağı bir çox rəyləri oxudum. Amma görürəm ki, oradakı …