Çərşənbə axşamı , 18 Fevral 2025
Drone Cameras

Cənubi Koreya Prezidenti təkadamlıq kameraya köçürülüb

Həbs edilmiş Cənubi Koreya prezidenti Yun Sok Yol ötən həftə sonu məhkəmənin onun rəsmi qaydada həbsinə order verməsindən sonra Seul həbs mərkəzində 12 kvadratmetrlik təkadamlıq kameraya köçürülüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya İslah Xidmətinin baş komissarı Sin Yon Heyə istinadən məlumat yayıb.

“Yun Sok Yol şübhəlilərin saxlandığı istintaq təcridxanasından təkadamlıq kameraya köçürülüb və mənə onun gecəni yaxşı keçirdiyi barədə məlumat verilib”, – o qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, prezident qiyama rəhbərlik etmək ittihamı ilə yanvarın 19-u səhər həbs edilib.

Check Also

Kelloq: ABŞ Ukraynanı Rusiya ilə sülhə məcbur etmək niyyətində deyil

Vaşinqton Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh razılaşmasına məcbur etməyəcək. Boyukmillet.com“Reuters”ə istinadən xəbər verir …