Şənbə , 21 Sentyabr 2019
Home » Siyasət » Cəsarət Hüseynzadə: “Əli Kərimli və dəstəsi xarici donorlar tərəfindən maliyyələşdirilir” RƏY-ÖZƏL

Cəsarət Hüseynzadə: “Əli Kərimli və dəstəsi xarici donorlar tərəfindən maliyyələşdirilir” RƏY-ÖZƏL

“Əli Kərimlinin trollarından ibarət sosial şəbəkə dəstəsi formalaşdması xarici donorların birbaşa yardımı ilə həyata keçirilən bir layihədir”. Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib. Onun sözlərinə görə, çünki bu fəaliyyət üçün maliyyə dəstəyi də lazımdır: “Və bu fəaliyyət paralel istiqamətdə gedir. Birinci istiqamət Sevinc Osmanqızı, Qənimət Zahidov və bir neçə digər şəxslərin internet TV adı altında Azərbaycanın dövlət nümayəndələrinə qarşı şər və böhtan xarakterli canlı yayımlarının aparılmasıdır. Bu canlı yayımlara Əli Kərimli və digər radikal müxalifət nümayəndələrinin təbliğat aparmasına imkan yaratmaqla, ictimai rəyi çaşdırmağa cəhdlər olur. İkinci istiqamət isə həmin şəxslər efirdə olarkən onlara “dəstəyin” trollar vasitəsi ilə təmin edilməsindən ibarətdir. Maraqlı məqam ondan ibarətdir ki, istər Ə.Kərimlinin, istərsə də həmin İnternet TV-lərin sosial şəbəkələrdəki səhifələrində alternativ və əsaslandırlmış tənqidi statuslara imkan verilmir və dərhal silinir. Eyni zamanda həmin şəxslər blok edilir. Siyasətlə məşğul olan şəxslərin bu addımı sözün həqiqi mənasında başa düşülən deyil. Bütün bu fəaliyyətlər sözsüz ki, müəyyən təxribat hallarının həyata keçiriləməsinə hesablanmış addımlardır. Seçkilərdə xalqın dəstəyini qazanmayan qüvvələr həmişə belə metodlara əl atır. Məqsəd ölkədə ictimai sabitliyin pozulması və hər hansı kiçik qarşıdurma nəticəsində hansısa mövzularda hökuməti tənqid etmək üçün səbəblər axtarmaqdır”.

Check Also

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib – YENİLƏNDİ

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib. …