Bazar ertəsi , 6 İyul 2020
Home » Siyasət » Cahandar BAYOĞLU: Dövlətin adı-İrəvan Türk Dövləti, dilimiz-Türk dili olmalı

Cahandar BAYOĞLU: Dövlətin adı-İrəvan Türk Dövləti, dilimiz-Türk dili olmalı

27 iyun 2020-ci il tarixində üzvü olduğum İrəvan Mühacir Höküməti Məşvərət Məclisinin Toplantısı gerçəkləşdi. Toplantıda İrəvan Mühacir Höküməti Millət Şurasının Başqanı Sayın Qafar Çaxmaqlı Bəy görülən və görüləcək işlərlə bağlı geniş bilgi verdi və həm də fikirlərini bölüşdü. 50-dən nəfərdən çox nümayəndənin təmsil olunduğu toplantıda hər bir soydaşımız olduqca faydalı təkliflərlə çıxışlar etdilər. Çıxışlar nə qədər fərqli olsa da aparıcı fikir İrəvan Dövlətinin qurulacağına olan inam idi. Bu inamlı çıxışlardan, millətimizin başlanmış siyasi hərəkatlanmaya olan marağından aydın olurdu ki, ata yurdlarımıza dönüşümüz qaçılmazdır və o tarixi an uzaqda deyil. Ana Yasanın hazırlanmasından, kültür-sənət, elm-təhsil, bilim, tarix, ədəbiyyat, idman, dış ilişkilər olmaqla hər yöndə təkliflər oldu. Dünyanın hər yerindən qatılım olan Toplantının ruhundan əminliklə görünürdü ki, İrəvanda, Xankəndində, Ağbabada, Göyçədə, Şörəyeldə, Gümrüdə, Pəmbəkdə, Zəngəzurda, Laçında, Kəlbəcərdə, Ağdamda, Uluxanlıda, Qaraqoyunluda, Şuşada…, görüşəcəyimiz gün gerçəkləşir.
Mən toplantıda etdiyim çıxışımda bir sıra təkliflərimi İrəvan Mühacir Höküməti Millət Şurasının Başqanının və üzvlərinin diqqətinə çatdırıb, onu oxucularla da bölüşmək istəyirəm.

  1. Ana Yasada dövlətin adı-İrəvan Türk Dövləti, dilimiz- Türk dili olsun.
  2. Yönətim Başqanlıq sistemi ilə gerçəkləşsin.
  3. Dünya Türklərinə ikili vətəndaşlıq hüququ tanınsın.
  4. Ordu quruculuğuna, Dövlətin qurulub başa çatması gözlənilmədən, Millət Şurasının Başqanı rəhbərliyində başlanılsın.
  5. Təbriz-Xankəndi-İrəvan üçgeni dövlətin milli məsələsi olması bəyan edilsin.
  6. Millət Məclisinin Başqanı dış ölkələrdə konsuluqların yaradılmasını müzakirəyə açsın və uyğun təyinatları həyata keçirsin.
    Əziz soydaşlar əminliklə deyə bilərəm ki, itirdiyimiz bütün topraqlarımızın qaytarılması prosesi başlanmışdır. Türk millətinin bütün yurdları birləşəcəkdir, bağımsız olacaqdır.
    Bu şərəfli mücadilədə Tanrı Türkə yar olsun.

Cahandar Bayoğlu

Turan Partiyası GK Başqanı

Check Also

Elmar Məmmədyarovun yerinə 3 namizəd var – AÇIQLAMA

“Ermənistanin xarici işlər naziri Zöhrab Mnatsakanyan yenidən Qarabağa işğal altındakı ərazilərimizə gəlib. O Qarabağdakı separatçı …