Bazar , 8 Dekabr 2019
Home » Dünya » Cahandar BAYOĞLU: İran adlanan ölkə Ana Yasa dəyişikliyinə getməzsə, dağılacaq

Cahandar BAYOĞLU: İran adlanan ölkə Ana Yasa dəyişikliyinə getməzsə, dağılacaq

2018-ci ildə ABŞ “Nüvə başlıqları sazişindən imtina”ya görə “İran”a qarşı sərt şəkildə iqtisadi embarqonu tətbiq etmək zorunda qaldı. Bu qərara əlavə olaraq 2020-ci ildə də embarqoların davam edəcəyi barəsində rəsmi Vaşinqton yeni qərar imzalayıbdır. Bu qərarın ardından “İran” adlı ölkənin prezidenti Həsən Ruhani dərhal “İqtisadi Koordinasiya Yüksək Konseyi”ni yaratdı. İqtisadi böhranın acınacaqlı durumdan xilas etmək üçün 15 noyabr tarixində ölkədəki benzinin satışını 1000 tüməndən (0.15 AZN) 3000 min tümənə qədər artırmaq barəsində qərar verdi. Bu qiymətartımı xalqı küçələrə çıxardı. Ölkə parlamentində təmsil olunan millət vəkilləri etiraz əlaməti olaraq parlamentin sədrini istefaya çağırdılar. Hətta millət vəkilliyindən istefa verənlər odu. Noyabrın 17-də ölkənin ali dini lideri Seyidəli Xameneyi qiymətartımlarına dəstək verdiyini açıqladı və hökumətin qərarını dövlət siyasəti olduğunu ortaya qoydu. Hökumət, parlament və dini şura birlik nümayiş etdirdi. Amma xalqın qiymət artımına etirazları artmaqda davam etdi. 2017-ci ildə ölkədə baş verən etirazlardan fərqli olaraq bu dəfə etirazlar daha çox kütləviliyi ilə seçilməklə yanaşı, “İran” adlı ölkənin bütün yaşayış yerlərini əhatə etməsiylə seçildi. Etirazçılar farsların, ərəblərin və kürdlərin yaşadıqları bölgələrdə daha çox kütləvi xarakter daşıdı. Etirazçıların çoxu benzinin qiymətinin artımına qarşı şüarlar səsləndirsələr də, getdikcə bu şüarlar rejimə qarşı siyasi xarakter daşımağa başladı.    ABŞ tərəfindən etirazçılara tam dəstək verildiyi elan edildi. Bu barədə çoxsaylı açıqlamalar verildi. ABŞ-ın bu açıqlamasından sonra, şahçılar, xalqın mücahidləri, kürd təşkilatları və ərəblər öz tərəfdarlarını üsyana çağırdılar. Bu yöndə olan açıqlamalardan sonra, ölkənin sayına görə birinci yerdə gedən Türklər onlara dəstək verməkdən imtina edərək meydanlardan çəkilməyə başladı. Mühacirətdə olan Azərbaycan təşkilatları rejimin antitürk və qiymət artımı siyasətinə qarşı etirazlarını bildirsələr də, xalqı üsyana çağırmayaraq, fars şovinizminin şahçı və mücahidlər əbası ilə birlikdə olmadığını sərgilədi. Olayların gedişatı onu göstərir ki, iqtisadi durum daha da ağırlaşmağa doğru gedir. Rejim bölgə dövlətlərində olan nüfuznu itirməkdədir.  Onu da xatırladaq ki, rejimə qarşı müxalifətin birliyi indiki məqamda mümkünsüz görünür. “Xalq mücahidləri” və “Palani şahçılar”ın xalqın arasında təsir imkanları yoxdur. Onlar nə etsələr də, hansı təbliğatları aparsalar da, əhalinin çoxluğunu təşkil edən Türk milıətindən dəstək almaları mümkünsüzdür. Yaranmış belə bir durumla bağlı xalq alternative axtarışındadır. Bu gücü daxildə yaxşı şəkildə təşkilatlanmış Türk təşkilatlarının birliyi təmin edə bilər.        Həsən Ruhaninin 18 milyon ailəni birləşdirən 60 milyon insanın hər birinə ayda 5 dollar imtiyaz veriləcəyi qərarı da küçə və meydanları sakitləşdirmədi. Ölkədə rejimlə yanaşı, 300-dən çox olan milyader də iğtişaşaların yatırılmasında maraqlıdırlar. İndiki durumda minlərlə dinc aksiyaçıların ölümü olsa belə, rejim bir bütün olaraq kütləvi təsir vasitəsilə etirazları yatırtmaqda qərarlıdır və bunu edəcəkdir.   ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, “Ərəb Bloku” və Qərb tərəfdarları rejimə qarşı silahlı üsyanlar təşkil edərlərsə, o zaman ölkə xaosla üzləşər və kütləvi qırğınlar baş verər. Belə bir durumun yaranması fars şovinizminin əlində əsir olan 50 milyonluq Türkün yaşadığı İran adlanan Güney Azərbaycanın, Azərbaycan Respublikasının və Türkiyənin milli və güvənlik maraqlarına uyğun deyil. Bunun sonucu rejim sahibləri üçün arzuolunmazdı. Tək çözüm yolu isə, rejimin Ana Yasa islahatlarına getməsi, qonşu Azərbaycan Respublikası və Türkiyə ilə danışıqlara başlamasıdır. 

Check Also

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni qərargah binası istifadəyə verilib 

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev deyib: “Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son …