Şənbə , 1 Aprel 2023

Çanaqqalada Azərbaycan şəhidləri abidəsi ucaldılıb

Türkiyənin Çanaqqala şəhərində Azərbaycan şəhidləri abidəsi ucaldılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tvitter hesabında yazıb.

“Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib”, – səfir qeyd edib.

Mərasimdə bir sıra şəxslər iştirak edib.

Check Also

Ukrayna müdafiə naziri əks-hücum əməliyyatlarının anonsunu verib, Qərbdən silah istəyib

“Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır”. Boyukmillet com  “Ukrinform”a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri …