Cümə , 19 Aprel 2024

Dağlıq Qarabağ münaqişəsi

SON DƏQİQƏ: ermənilər Kəlbəcəri BOŞALTMAĞA BAŞLADI

Kəlbəcərdəki erməni əhalisinin təxliyəsi başlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Kəlbəcərin erməni sakini, politoloq Aleksandr Kananyan bildirib. Onun sözlərinə görə, hərbçilər sakinləri evlərini tərk etməyə sövq edir və böyük əşyaları çıxartmalarına imkan vermir. Dağlıq Qarabağla bağlı imzalanan üçlü bəyanata əsasən, Kəlbəcər rayonu 15 noyabr tarixinədək Azərbaycana təhvil veriləcək. 

Read More »

Qarabağda qurulacaq müşahidə postlarının sayı AÇIQLANDI

Rusiya Baş Qərargahının Operativ İdarəsinin rəisi Sergey Rudskoy Qarabağda qurulacaq müşahidə postlarının sayını açıqladı.                                              Boyukmillet.com Rusiya KİV-nə istinadən xəbər verir ki, Dağlıq Qarabağın bir hissəsində və Laçın dəhlizi boyunca 16 müşahidə məntəqəsi yaradılacaq. Müşahidə postları Laçın və Turşsu zovxozu …

Read More »

“Ermənilər Kəlbəcərdə tarixi monastırı saxtalaşdırdı, indi isə qeyri-qanuni olaraq…” – FOTO

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Xudavəng monastırı ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb: “Monastır IX-XIII əsrlərdə Albaniya şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən Kəlbəcərdə inşa olunub: 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra onlar 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar. İndi Kəlbəcər işğaldan azad …

Read More »

Rusiyalı sülhməramlıların Qarabağdakı missiyası – 3 ŞƏRT

“Bakı və Yerevan hərbi əməliyyatları dayandırıb. Onların hərbçiləri tutduqları ərazilərdə qalırlar”. Boyukmillet.com  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı açıqlama verib. Baş Qərargah Qarabağda qurulacaq müşahidə postlarının məqsədini açıqladı atəşkəsin pozulması halları barədə məlumat toplamaq və bu məlumatları sülhməramlı komandanlığa ötürmək.tranzit nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etməkdinc əhaliyə qarşı qanunsuz hərəkətlərin qarşısını almaq Xatırladaq ki, Laçın dəhlizi və …

Read More »

Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini nəzarətə götürdü

Rusiyanın göndərdiyi sülhməramlı qoşunlar Qarabağın Laçın dəhlizini nəzarətə götürüblər. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudskoy verib. “Hazırkı mərhələdə Rusiya Silahlı Qüvvələri kontingentinin ön bölmələri Laçın dəhlizi və Laçın – Turşsu (Şuşa rayonu – “Report”) yolu sahəsində müvəqqəti nəzarət məntəqələri quraraq nəzarəti altına alıb”, – o qeyd edib.

Read More »

Rus politoloq: Qondarma Qarabağ mövcudluğunu itirdi

Paşinyan qeyd-şərtsiz kapitulyasiyaya imza atıb. Boyukmillet.com xəbər verir ki, bu sözləri erməniyönlü rusiyalı politoloq Qleb Kuznetsov öz Feysbuk səhifəsində paylaşıb. “Bu, sülh deyil, kompromis deyil, şərəfli məğlubiyyət deyil, məhz qeyd-şərtsiz kapitulyasiyadır. Düşmən hesab etdiyindən daha çox şey əldə etdi. O, hər şey üçün indulgensiya (cənnət qəbzləri) qazandı. Şuşanın və ordunun itirilməsi ilə Qarabağ mövcud ola bilməz. Faktiki olaraq beş illik sülhməramlı mandat müddəti …

Read More »

Ərdoğan Putinlə danışdı: Ermənistan bəyanatdakı öhdəliklərə əməl etməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Boyukmillet.com xəbər verir ki, telefon danışığında Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib. Prezident Rəcəb Tayyib Ərdoğan hazırkı məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu vurğulayıb. 

Read More »

Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 2 təyyarə yola düşüb

Göyərtəsində rusiyalı sülhməramlılar olan daha iki “İl-76” təyyarəsi Ulyanovsk-Vostoçnı aerodromundan havaya qalxıb. Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Təyyarələrdən birində şəxsi heyət və zirehli transportyorlar (ZTR) var. Digərinin göyərtəsində isə sülhməramlı birləşmələrin personalı, maddi vasitələr və avtomobil texnikası var. Ümumilikdə Rusiyadan göyərtəsində sülhməramlılar olan 6 təyyarə yola düşüb. Daha əvvəl Rusiya Federasiyasının …

Read More »

Türkiyənin XİN başçısı: “Azərbaycan əhəmiyyətli bir qələbə qazandı”

“Can Azərbaycan döyüş meydanında və danışıqlar masasında əhəmiyyətli bir qələbə qazandı”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb. “Bu mübarək uğuru ürəkdən təbrik edirəm. Can azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik”, – Mövlud Çavuşoğlu yazıb. Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol …

Read More »

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb

Bakı vaxtı ilə saat 7:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması ilə paralel olaraq regionda Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdirilməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyində jurnalistlərə bildirilib. “Azərbaycan Respublikası Prezidentinin, Rusiya Federasiyası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, Moskva vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə saat 07:00-da) …

Read More »