Şənbə , 13 Aprel 2024

Dağlıq Qarabağ münaqişəsi

Kəlbəcər rayon polis şöbəsi – FOTO

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Boyukmillet.com-un məlumatına görə, Kəlbəcərdə artıq yeni polis şöbəsinin binası da hazırdır. Xatırladaq ki, noyabr ayının 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi Əkbərov rayonun …

Read More »

Ərdoğan: “Qarabağda 30 ildir davam edən ədalətsizlik başa çatdı”

“Şanlı Azərbaycan Ordusu Ermənistanın sentyabrın 27-də başlatdığı hücumun ardından işğal altındakı Qarabağ və ətraf əraziləri azad etmək üçün uğurlu əməliyyat gerçəkləşdirib”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında deyib. “Öz ərazilərində verdiyi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad edib. Qarabağda 30 ildir davam edən …

Read More »

Kanada Senatı ermənipərəst senatorların təşəbbüsünü rədd etdi

Kanada Senatında Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınması barədə təşəbbüs bir neçə saat öncə gözlənilmədən müzakirəyə çıxarılıb və rədd edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə ermənipərəst senator Leo Husakos tvitterdə yazıb. “Bu, erməni xalqı üçün acı gündür”, – o vurğulayıb.

Read More »

Azərbaycan polisi Kəlbəcərdə postlar qurub

Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları zəfərlə başa çatdı, xalqımız tarixi qələbəyə qovuşdu. Artıq 30 ilə yaxın işğalda qalan torpaqlarımızda müvafiq təhlükəsizlik tədbirləri görülür. Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, noyabrın 25-də işğaldan azad edilən Kəlbəcər rayonunda Ali Baş Komandanın fərmanına uyğun olaraq komendant rejimi elan edilib və Daxili İşlər Nazirinin əmrilə Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Haxverdi …

Read More »

Ermənistanın təcavüzü Meksikanın tanınmış jurnalında

Meksikanın dövlət və hökumət qurumları, parlament və diplomatik korpus arasında geniş yayılan “El Mundo” jurnalında Azərbaycan Respublikasının səfiri Məmməd Talıbovun Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün tarixi, terror siyasəti və 10 noyabr tarixində imzalanmış atəşkəs bəyanatı haqda geniş müsahibəsi dərc olunub. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən verilən məlumata görə, səfir müsahibədə ermənilərin XIX əsrdə Qafqaza və Azərbaycan xanlıqları ərazisinə kütləvi köçürülməsi, Ermənistanın ölkəmizə qarşı …

Read More »

Fransa səfirindən Qarabağla bağlı bəyanat

“Sülhə hazırlaşmağın, nifrətə son qoymağın və regionda etimadı, tərəqqini və sabitliyi möhkəmləndirməyin vaxtıdır”. Boyukmillet.com xəbər verir ki, bu, Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun bəyanatında qeyd olunub. “2020-ci ildə Azərbaycan və Ermənistan arasında iki dəfə – iyulda və payızda hərbi qarşıdurma baş verib. Azərbaycan Dağlıq Qarabağa bitişik yeddi rayon və Şuşa şəhərini qaytarıb. Hər iki tərəfdən çox sayda insan həlak olub. …

Read More »

Mehriban Əliyeva: “Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır”

“Əziz həmvətənlər! Bu günlər biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının qürurunu və sevincini yaşayırıq. 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmişdir. Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu …

Read More »

Ombudsmanın nümayəndələri erməni əsir və girovlara baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir. Bu barədə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib. BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan …

Read More »

Türkiyə MN: Azərbaycanın ədalətli mübarizəsinə sonra da dəstək verməyə hazırıq

Dağlıq Qarabağda atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasına hazırlıqlar tam sürətlə davam edir Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şəbnəm Aktop bildirib. Onun sözlərinə görə, Türkiyə mütəxəssisləri Ermənistan silahlı qüvvələrinin bölmələrindən azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycan Ordusuna kömək edirlər. “Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün təlimlərdə iştirak edirlər. …

Read More »