Bazar ertəsi , 8 Dekabr 2025

Gündəm

Ramiz Mehdiyevin kadrları Goranboyda fermerləri incidir

Boyukmillet.com dia.az-a istinadən “Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflıq olmaqla vətəndaşa layiqli xidmət və vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması durur”. DİA.AZ bildirir ki, bu sözlər Goranboy rayonu Borsunlu kəndinin sakini Əliyev Ələddin Zirəddin oğlunun müraciətində yer alıb.Daha sonra narazı vətəndaş yazır: “Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi …

Read More »

Goranboyda top mərmiləri aşkarlandı

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub. ANAMA-dan “Report”a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Xocalı rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Yuxarı Ağcakənd kənd məntəqəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə …

Read More »

Bu gün 20 mindən çox şagird yenidən imtahan verəcək

Dövlət İmtahan Mərkəzi iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün yenidən buraxılış imtahanları keçirəcək. Mərkəzdən “Report”a verilən məlumata görə, bu gün baş tutacaq imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda təşkil olunacaq. İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat …

Read More »

Pandemiya Azərbaycanın sığorta bazarına necə təsir edib?

Bütün dünyada yayılan koronavirus infeksiyası Azərbaycandan da yan keçməyib. Hələ də davam edən pandemiya bütün sahələrdə olduğu kimi, ölkəin sığorta bazarına da təsirsiz ötüşməyib. Hazırda Azərbaycanın sığorta bazarında vəziyyət necədir? Pandemiya bazara necə təsir edib və prosesdən çıxış üçün hansı tədbirlər görülür? Bu məsələlərlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildiriblər ki, iqtisadiyyat daim xarici təsirlərə məruz qalır: “Bir çox xarici …

Read More »

Azərbaycanda müğənni koronavirusdan vəfat etdi

Bir neçə gün əvvəl COVID-19-a yoluxmuş müğənni Toğrul Həbibi dünyasını dəyişib. Boyukmillet.com-un məlumatına görə, bu barədə onun dostları sosial şəbəkələrdə məlumat yayıblar. Onlar qeyd ediblər ki, Toğrul Həbibi dünən vəfat edib. Xatırladaq ki, müğənni bir neçə gün idi ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə edilirdi. O, koma vəziyyətində idi. İnfeksiya səbəbindən T.Həbibinin ciyərlərinin 90 faizi fəaliyyətini dayandırmışdı. Dostları müğənniyə …

Read More »

Deputatla “Qaçqınkom”un sədrini nə birləşdirir?

Millət vəkili Mirkişili Tahir 2-ci dəfədir ki, Yeni Azərbaycan Partiyasının namizədi olaraq Sumqayıtdan Milli Məclisə seçilir. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədridir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və heyət rəhbərinin müavini kimi tez-tez Avropalı həmkarları ilə görüşür. Görəsən cənab deputat Avropalı həmkarları ilə görüşəndə niyə onlardan az da olsa nümunə götürmür. Tahir Mirkişilinin yaşadığı Sumqayıt şəhərində minlərlə, …

Read More »

Azay Quliyevdən Prezidentə təşəkkür mesajı

Millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yenidən Əfv Məsələləri Komissiyasına üzv təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkür mesajı ünvanlayıb. Facebook səhifəniaə yayınladığı mesajda A.Quliyev etimada görə Prezidentə minnətdarlığını ifadə edib: “Dövlət başçısının göstərdiyi yüksək etimadı bundan sonra da doğrultmağa, üzərimə düşən vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışacağam”.

Read More »

Sabir Rüstəmxanlı Baş Nazirə müraciət etdi: “Güneyli tələbələrə dəstək tarixi borcumuzdur”

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Güney Azərbaycandan olan tələbələrin problemlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədova müraciət edib. Müraciətdə millət vəkili Güney Azərbaycandan olan tələbələrin Azərbaycan Respublikasında ali təhsil almasının əhəmiyyətinə diqqət ayıraraq Dünya azərbaycanlılarının ortaq mədəniyyəti ilə bağlı təhsilin yalnız Azərbaycan Respublakasında mövcudluğunu bildirib: “Güney Azərbaycandan olan gənclərimiz ali təhsil almaq üçün Azərbaycana …

Read More »

Regionlarımızın davamlı inkişafını daha da stimullaşdıracaq yanaşmalar dəyərləndirilməlidir

Bu çətin bir o qədər də öyrədici dövrü müvəffəqiyyətlə keçəcəyimiz gündən sonrakı proseslər haqqında müxtəlif tezislər irəli sürülür. Bu fərziyyələr arasında xüsusilə diqqətəlayiq olanlardan biri də qloballaşma prosesinin gələcəyi ilə bağlıdır. Bir qrup ekspertlərin fikrincə hazırda baş verənlər nəticəsində dünyanın müxtəlif hissələrinin bir-birinə bağlılığı daha da sürətlənəcək. Kimiləri isə postpandemiya dövründə dövlətlərin daha çox öztəminat tendensiyalarına üz tutaraq qloballaşmanın azalacağını …

Read More »

Təhsil Nazirliyinin qarşısındakı çökmüş yol bərpa edilib

Bu gün sosial şəbəkələrdə Bakının Xətai prospekti, 39 ünvanında yolun kənarında asfalt örtükdə çökmənin baş verməsi ilə bağlı məlumat yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, dərhal bu barədə aidiyyəti şöbəyə məlumat verilib və sözügedən ünvana məsələnin araşdırılması üçün əməkdaşlar cəlb edilib. Qeyd edilən ərazidə səki ilə hərəkət …

Read More »