Şənbə , 13 Aprel 2024

köşə

Hüseyn “Park Bulvar”ı “partlatdı” – Niko, Semka, Ləman və Səfərdən nə gözləyək?

Tanınmış jurnalist Məhəmmədəli Qəribli bu gün bloger Hüseyn Həsənovla görüşdə baş verən hadisə ilə bağlı öz facebook hesabında paylaşım edib. Boyukmillet.com sözü gedən paylaşımı sizlərə təqdim edir: Ölkəmizdə sosial media fenomenlərinə simpatiyanın yaranması təbiidir. İstənilən cəmiyyətdə və iqtisadi formasiyada kütlə özünə lider, qəhrəman, kumir axtarışında olur. Bizdə YAP digər siyasi partiyaları noqdaun vəziyyəti saldığı üçün, gənclər siyasətə meyl etmir. Bilirlər …

Read More »

El qınağı, yoxsa Qüdrət Həsənquliyevdən qazanılan dividend- Oqtay Abuzərov hansını seçəcək?

Bu gün təsadüfən bir məclisdə jurnalist həmkarımız, Demokrat.az saytının rəhbəri Vasif Həsənli ilə görüşdüm. Ondan niyə və kim tərəfindən məhkəməyə verildiyi ilə maraqlandım. Bu barədə xəbəri saytlarda oxuduğum üçün , ətraflı məlumata malik deyildim. Məlum oldu ki, Vasifi məhkəməyə verən şəxs əslən Salyan rayonundan olan iş adamı Oqtay Abuzərovdur. Xatırladım ki, Vasifin özü də salyanlıdır. Hətta iddiaçı ilə həmkəndlidirlər. Həmkarım …

Read More »

YAP İctimai fəal üzvü Təhsil Nazirliyinə müraciət etdi

Bərdə təhsilində maraqlı işlər baş verir. Deməli, 10 il müddətində məktəbəqədər təhsil müəsissələri təhsildən alınıb, İcra hakimiyyətlərinə verilmesi Bərdə Rayon Təhsil Şöbəsini çox narahat edirmiş. Bağçaların Təhsil Nazirliyinə verilməsini fürsət bilən Bərdə Rayon Təhsil Şöbəsi  hələ ki, strukturun formalaşmamasını fürsət bilərək dayanmadan uşaq bağçalarına (özü də unutmayaq ki, uşaq bağçalarının müdirləri xanımlardır)  basqı edərək hələ təhqiredici ifadələr belə işlədir. Hətta …

Read More »

Sizə kimdən danışım…

Təzə bir nəğmə eşitmək istəyirsənmi oxucum? Bu nəğmənin misralarına əziz tutduğumuz, peşələrin ən ümdə məqamında dayanan müəllim zəhmətinin, jurnalist peşəkarlığının, neçə-neçə bitkin obrazlara həyat bəxş edən aktyor əməyinin ətri hopubdur. Bu nəğmənin ahəngi Külüs dağlarının vüqarı, nəqəratı Şahbuz çayının şaqqur-şuqqur axan zümzüməsi, kəklikotunun, yarpızın, nanənin qəlboxşayan təravəti və Külüs almasının dadı kimi şipşirindi. Bu nəğmənin bəstəkarı həyat, qəhrəmanı isə ömrünün …

Read More »

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir- Cəbi Quliyev

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir- Cəbi QuliyevNovruz xalqımızın zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə əks etdirən ən qədim və ən əziz bayramlarımızdan biridir. Bu təbiət bayramı Azərbaycanla yanaşı, digər türk xalqlarında və bir çox qonşu ölkələrdə böyük təntənə ilə qeyd olunur. Novruz yeni ilin başlanğıcı, təbiətin oyanışı, həyatın canlanmasıdır.“Gün …

Read More »

Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin doğum günüdür

Arif Paşayev 15 Fevral 1934-cü ildə Bakıda ziyalı ailəsində doğulub. O 1959-cu ildən AMEA-nın Fizika institutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan Arif Paşayev yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb. Bu qurğular dünyanın bir çox elm mərkəzlərində, gəmiqayırmada, maşınqayırmada, hərbi sənayedə və digər istehsalat sahələrində müvəffəqiyyətlə tətbiq …

Read More »

NAMİQİN “TALE KİTABI” – Həzi Həsənli yazır

Doğrudan da vaxtın, zamanın ömürdən necə ötüb keçdiyini hiss etmək olmur. Vaxtın köhləni çox yüyrək olur… Yaşın bəlli bir vaxtında gözünü açıb ayılanda ömür də sənə yuxu kimi gəlir. Bir də baxıb görürsən ki, hər gün bir arpa boyu böyüyən uşaqlar bu gün həyatın müxtəlif sahələrində çalışır. …Gənc həkim Namiq Qurbanəliyev hələ də mənim yaddaşımda məsum uşaq saflığı ilə qalır. …

Read More »

Dağüzündə bir ev var… – Həzi Həsənli yazır

Mirzəkərim Qəribov 1941 – ci il martın 10 – da Yardımlı rayonunun Dağüzü kəndində anadan olub.  1958 – ci ildə orta məktəbi bitirib. 1960 – 63 – cü illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra M.F. Axundov adına  Azərbaycan Pedaqoji Dillər İnstitutuna daxil olub. 1968 – ci ildə institutun rus dili və ədəbiyyatı fakültəsini bitirib. İnstitutdan məzun olduğu zaman orada …

Read More »

İndi Şuşa yenidən doğulub, yenidən dirçəlir – Samir Adıgözəlli yazır

Çox səhərlər olub ki, sübh tezdən evdən çıxıb hansısa bir rayona xüsusi ilə də xaricə səfərə yol almışam. 30 ildən artıqdır maşınla, qatarla, təyyarə ilə Vətəndən uzaqlara səfər edib vətənin səsini dünyaya haraylamışam. 2021-ci ilin 29 dekabr tarixinin səhəri o səhərlərdən çox fərqli və çox təsirli idi. Bu dəfə Şuşaya yol alırdım. Şuşaya azadlığ tələb etmək üçün bilmirəm neçə səhərlər …

Read More »

İsmayıl Əhməd yazır: Yaradılış sirri 3-cü hissə

Qeybdən xəbər?!Bəqərə surəsinin 30-cu ayəsinin ikinci hissəsində diqqəti başqa bir məqam çəkir. O da mələklərin Allaha “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” sualı ilə müraciət etmələriylə əlaqəlidir? Verilən sualın özün barədə belə bir sual yaranır: Mələklər bəşər övladının qan tökəcəyini haradan …

Read More »