Bazar ertəsi , 18 Oktyabr 2021
Home » Sənayə

Sənayə

Dövlət başçısı: “Doqquz ayda Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz, qeyri-neft sənayesi isə 20 faiz artıb”

“Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlib. Doqquz ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5 faiz artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20 faiz artıb”. Boyukmillet.com xəbər verir ki, bu rəqəmləri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib. Dövlətimizin başçısı deyib ki, bütün bu bərpa işləri böyük vəsait tələb etsə də, bunu öz imkanlarımız çərçivəsində …

Read More »

Azərbaycan Udmurtiyadan ən çox məhsul idxal edən ölkələrin 10-luğuna düşüb

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan Udmurtiya (Rusiya Federasiyası) məhsullarını istehlak edən ölkələrin ilk onluğuna daxil olub. Boyukmillet.com bu barədə “Kommersant”a istinadən xəbər verir. Məlumata görə, Azərbaycan 1,6 faizlə bu onluqda 7-ci yeri tutub. Privoljsk Gömrük İdarəsinin statistikasına əsasən, bu ilin 6 ayı ərzində tərəflər arasında ticarət dövriyyəsi 6 milyon ABŞ dolları olub. Azərbaycan idxala 5 138, 8 min ABŞ dolları …

Read More »

“Azərxalça” beynəlxalq sərgidə iştirak edəcək

“Azərxalça” ASC sentyabrın 14-16-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Heimtextil” – beynəlxalq tekstil sərgisində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. Onun sözlərinə görə, sərgidə klassik Azərbaycan xalçaları ilə yanaşı, müasir dizaynda toxunmuş əl xalçaları da nümayiş olunacaq: “Xalçalarımız “Made in Azerbaijan” brendi ilə təqdim ediləcək. Bunların arasında Qarabağ xalçaları da …

Read More »

Ağdam Sənaye Parkı üçün 12 potensial rezident seçilib

Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkına müraciətlər əsasında 12 potensial rezident seçilib. Boyukmillet.com xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclasında məlumat verilib. İclasda həmçinin bildirilib ki, sənaye parklarına dair uğurlu …

Read More »

Azərbaycanda dövlətə aid şüşə istehsalçısının nizamnamə kapitalı artırılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Şüşə” MMC-nin nizamnamə kapitalı 750 170 manat və yaxud 2,2% artırılıb. Boyukmillet.com xəbər verir ki, şirkətin kapitalı 34 677 494 manatdan 35 427 664 manata çatdırılıb. Xatırladaq ki, “ASK Şüşə” Bakının Qaradağ rayonunda fəaliyyət göstərən və kredit əvəzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında 2017-ci ildə yaradılıb.

Read More »

“Azərxalça”da yeni təyinat olub

““Azərxalça” ASC-də baş mühafiz vəzifəsinə təyinat olub. Boyukmillet/com xəbər verir ki, bu vəzifəyə Əməkdar Mədəniyyət işçisi Nailə Rəhimova gətirilib. O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakultəsini bitirib, 1977-ci ildə Nəriman Nərimanovun xatirə muzeyində elmi işçi vəzifəsi ilə əmək fəaliyyətinə başlayıb, 1981 –ci ildən həmin muzeydə baş mühafiz vəzifəsində çalışıb. 1994-2020 illərdə Azərbaycan Milli İncəsənət muzeyində baş mühafiz vəzifəsini …

Read More »

“AzerGold” ekoloji aksiya keçirib

“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə sayğı, gələcəyə qayğı” devizi altında ekoloji aksiya keçirilib. “Report” bu barədə “AzerGold”a istinadən xəbər verir. Məlumata görə, Daşkəsən şəhərində təşkil edilmiş aksiyada Cəmiyyətin əməkdaşları, RİİB-nin könüllüləri və məktəblilər iştirak ediblər. Aksiya çərçivəsində şəhərin parklarındakı ağaclara quş yuvaları və yem qabları …

Read More »