Şənbə , 20 Aprel 2024

Sosial müdafiə

Agentlik: “Sağlamlıq imkanı məhdud uşağın övladlığa götürülməsi zamanı 600 manat müavinət verilir”

3 yaşdan 18 yaşa qədər uşaqların övladlığa götürülməsi ilə bağlı aylıq 200 manat müavinət nəzərdə tutulur. Sağlamlıq imkanı məhdud uşaqlar üçün isə bu məbləğ 600 manatdır. Boyukmillet.com-un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin Qiymətləndirmə şöbəsinin müdiri Elnarə Cavadova “Sosial saat”da deyib. Onun sözlərinə görə, bu məbləğ …

Read More »

Respublika üzrə yanvar ayının pensiya ödənişi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb. Boyukmillet.com xəbər verir ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə bölgələrdə yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Read More »

Nazirlik: “Qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur”

Bu gün qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur. Boyukmillet.com-un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun sözlərinə görə, məsələ “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir: “Pensiya yaşı mərhələli şəkildə artırılır. Ona görə də qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur”.

Read More »

Gələn ay pensiyaların indeksləşdirilməsi 1,1 milyon şəxsə şamil ediləcək

Fevral ayında pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil: “Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq”.

Read More »

Azərbaycanda özəl pensiya fondu yaradılır

Azərbaycanda özəl pensiya fondunun yaradılması ilə bağlı normativ sənədlərin hazırlanması tam yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib. O bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.

Read More »

Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb

Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanuna əsasən, 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək. Əvvəllər isə bu müddət 30 ay idi.

Read More »

Şəhid ailələrinə, müharibə əlillərinə daha 200 mənzil və fərdi ev verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 200 mənzil və fərdi ev verilib. Boyukmillet.com xəbər verir ki, Bakı şəhərində MİDA-nın Hövsan Yaşayış Kompleksində, Gəncə şəhərində, eləcə də Ağstafa, Beyləqan, Cəlilabad, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Qusar, Masallı, Sabirabad, Salyan, Yevlax, Zaqatala və Zərdab rayonlarında ümumilikdə 200 mənzil və fərdi ev şəhid …

Read More »

Azərbaycan Karyera İnkişaf Forumu keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə üçüncü dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir. Boyukmillet.com  xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və …

Read More »

Agentlik sədri: “Əmək bazarında ciddi uyğunlaşmaya gedilməlidir”

Bu gün yeni yaranan peşələrin sayı əmək bazarından çıxan peşələrin sayından çoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib. O bildirib ki, əmək bazarında ciddi uyğunlaşmaya gedilməlidir.

Read More »

Azad edilən ərazilərdə yüzminlərlə iş yeri yaradılacaq

Azad edilən ərazilərdə yüzminlərlə iş yerinin yaradılacağı gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev “Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış” adlı konfransda çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, həmin ərazilərdə sosial infrastrukturun qurulması və oraya qayıdan şəxslərin dayanıqlı məşğulluğu önəmlidir: “Çünki orada bütün infrastruktur tamamilə məhv edilib. …

Read More »