Şənbə , 20 Aprel 2024

Sosial müdafiə

Laçına qayıdanların yeni şəraitə adaptasiyasına kömək üçün təlimlər keçirilib

31 ildən sonra Laçın şəhərinə qayıdan sakinlərin yeni şəraitə adaptasiyasına kömək edə biləcək təlimlər təşkil olunub. “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi “Azad Laçında yeni həyata dəstək” layihəsi çərçivəsində Laçına səfər təşkil edib. Layihənin məqsədi doğma yurduna geri dönən insanların yeni şəraitə adaptasiyasına kömək göstərmək və onların yeni bilik və bacarıqlar …

Read More »

Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar müsabiqənin nəticələri elan olunub

Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar cari ildə elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulub. Boyukmillet.com xəbər verir ki, yazılı imtahanda uğur qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində yerləşdirilib. Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 72 namizəd tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.

Read More »

Sahil Babayev: “Son 12 ildə İƏT üzv ölkələrində işsizlik səviyyəsi nisbətən pisləşib”

“Son 12 ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə işsizlik səviyyəsi nisbətən pisləşib”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, işsizliklə bağlı çağırışlar hələ də gündəmdədir: “Bu gün bizim ölkələrdə əhalinin orta artım tempi artıqdır. Gənc əhalinin sayı çoxdur. Xüsusilə gənclər …

Read More »

Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb

Qarabağ və Şərqi Zəngəzura qayıdanların məşğulluğunun təmin olunması üçün görüləcək işlər açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdış: reinteqrasiya və icma əsaslı inkişaf” mövzusunda keçirdiyi konfransda bildirilib. Tədbir Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində gerçəkləşdirilən “Doğma yurdlarına qayıdacaq məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və …

Read More »

Bu il Azərbaycanda 40 mindən çox şəxsə əlillik təyin edilib

“Bu il ərzində 40 mindən çox insan əlillik təyinatı alıb. Onlardan 4 mindən çoxu müharibə əlilliyi olan şəxslərdir. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda 65 min nəfər ünvanlı sosial yardım alır: “İşsiz insanlara bu yardımı versək, onda həmin şəxslər ancaq evdə oturacaq. …

Read More »

Naxçıvan DSMF-yə sədr təyin olunub

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədri təyin olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb. Əmrə əsasən, Sahir Kamil oğlu Rüstəmov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri təyin olunub. Qeyd edək ki, S.Rüstəmov bu …

Read More »

Aİ və BMT-nin dəstəyi ilə Xırdalanda əmək yarmarkası keçirilir

Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) dəstəyi ilə Xırdalan şəhərində ictimaiyyətə açıq “1001 İş” adlı əmək yarmarkası keçirilir. Boyukmillet.com xəbər verir ki, tədbiri Xırdalan bələdiyyəsi təşkil edib. “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” (M4EG) proqramı çərçivəsində keçirilən yarmarkanın məqsədi Xırdalan şəhərində məşğulluq və dövlət-özəl tərəfdaşlığı imkanlarının artırılmasına dəstək göstərməkdir. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə …

Read More »

Qaxda Vətən müharibəsi şəhidləri yad edilib

27 Sentyabr – Anım Günü ilə bağlı Qax rayonunun Şəhidlər xiyabanında ümumrayon tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, anım mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti, qazilər​ və şəhidlərin yaxınları iştirak ediblər. Mərasimdə çıxış edənlər 27 sentyabr 2020-ci il tarixdən təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əks-hücum əməliyyatları ilə Vətən müharibəsinin başlanıldığını, Azərbaycanın ərazi …

Read More »

Hande Harmancı: “Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır”

“Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır. Qida təhlükəsiz və keyfiyyətli olmalıdır. Çünki təhlükəli qida milyonlarla insanın sağlamlığına təsir edir”. Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib. ÜST rəsmisi bildirib ki, innovasiyalara uyğunlaşma təmin edilməlidir: …

Read More »

Bu il 34 mindən çox şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-avqust ayları ərzində 34,1 min şəxsə əlillik təyin edib. Boyukmillet.com xəbər verir ki, onlardan 16,8 mininə ilkin, 17,3 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem vasitəsilə, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumat əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə …

Read More »