Bazar , 24 Mart 2024

Təhsil

Nazir qızılcaya görə məktəblərin bağlanıb-bağlanmayacağına aydınlıq gətirib

“Hazırda qızılcaya yoluxma ilə bağlı rəsmi saylara görə məktəblərdə qapanmağa getməyi planlaşdırmırıq”. Boyukmillet.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib. Nazirin sözlərinə görə, növbəti günlərdə təhlillərə əsasən, kütləvi yoluxma olsa, distant təhsilə keçmək barədə qərar verilə bilər. “Hazırda bütün məlumatlar toplanılır. Ayrı-ayrı məktəblərdən bu tipli məlumatlar daxil olur. Amma say təşvişə səbəb olacaq …

Read More »

Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb – SİYAHI

Xankəndidə yeni yaradılan Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisaslar açıqlanıb. Boyukmillet.com-un məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, təhsil ocağında ilk mərhələdə 24 ixtisas tədris olunacaq. Bunlar aşağıdakılardır: İbtidai sinif, Məktəbəqədər təhsil, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Korreksiyaedici təlim, Təhsildə sosial-psixoloji xidmət, İnformasiya texnologiyaları, Kompüter elmləri, Kompüter mühəndisliyi, Qida mühəndisliyi, Şəhərsalma, İnşaat mühəndisliyi, Beynəlxalq …

Read More »

Elm və təhsil naziri Qarabağ Universitetinin yaradılmasından danışıb

“Qarabağ Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Hər şeyi yenidən və düz qurmaq imkanımız olacaq”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib. Onun sözlərinə görə, həmin universitetin timsalında elm və ali təhsilin inteqrasiyası daha yaxşı qurulacaq: “Ancaq şəxsi maraqlarn böyük elmi maraqları üstələməməsinə çalışmaq lazımdır. Əminəm ki, …

Read More »

Xankəndidə Qarabağ Universiteti yaradılır – SƏRƏNCAM

Xankəndi şəhərində Qarabağ Universiteti yaradılır. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat …

Read More »

“Naxçıvanda təhsilin keyfiyyəti digər bölgələrlə müqayisədə yuxarıdır”

“Hazırda Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti, müqayisə ilə baxsaq, Azərbaycanın digər bölgələri ilə müqayisədə ortadan yuxarı və yaxud da nisbətən siyahının daha yuxarı hissəsindədir”.Boyukmillet.com xəbər verir ki, bunu Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev deyib.Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə fəaliyyət planı var:“Nümunə üçün deyə bilərəm ki, ümumtəhsil …

Read More »

Məktəblilər arasında maarifləndirmə işləri aparılacaq

Cari ilin dekabr ayından SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Elm və Təhsil Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq. Layihə çərçivəsində 5, 6 və 7-ci sinif şagirdləri arasında təbii qazdan təhlükəsiz istifadə, mənzillərdə qaz iyi hiss etdikdə görülməsi vacib tədbirlər və hamam otaqlarında dəm qazından qorunma yolları barədə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur. …

Read More »

Şimali Kiprin Azərbaycandakı nümayəndəsi: “Mübarizəmiz başımız dik, qorxusuz yaşamaq üçündür”

Şimali Kiprin Azərbaycandakı nümayəndəsi: Mübarizəmiz başımız dik, qorxusuz yaşamaq üçündür “Şimali Kipr Türk Cümhuriyyətinin elan olunmasının 40-cı ilini Azərbaycanda qeyd etməkdən qürurluyuq”. Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner noyabrın 13-də Bakıda verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib. “Cümhuriyyətimizin qurulması yolunda şəhid olan, bu yolda canından, qanından keçən qardaşlarımızı rəhmətlə anırıq”, – o qeyd …

Read More »

Eksternat imtahanları üçün sənəd qəbuluna start verilir

Əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərin …

Read More »

2024–2025-ci tədris ilində xaricdə təhsil üzrə proqramların siyahısı müəyyən edilib

Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Bu siyahının öncədən elan olunması təhsilini xaricdə davam etdirmək istəyən vətəndaşların göstərilən proqramlar üzrə qəbul sənədlərini daha əvvəl əldə etməsinə imkan yaradacaq. 2024–2025-ci tədris  ilində siyahıda 15 prioritet ixtisas sahəsi üzrə …

Read More »