Şənbə , 20 Aprel 2024

Tarixi günlər

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyidir

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyidir. Boyukmillet.com xəbər verir ki, Zərifə Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Belə ki, bu gün Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur. Akademik Zərifə …

Read More »

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Telman Adıgözəlovun anım günüdür

Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. Bunlardan C. Məmmədquluzadənin “Dəli yığıncağı”nda Zəncirvuran, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında Daşdəmir, “Mahnı dağlarda qaldı”da …

Read More »

Xocalı soyqırımından 31 il ötür

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Boyukmillet.com xəbər verir ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. …

Read More »

​Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Boyukmillet.com xəbər verir ki, Rəsulzadənin anadan olmasından 139 il ötür. M.Ə.Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində doğulub. O, 1904-cü ildə “Hümmət” Təşkilatının yaradılmasında iştirak edib. 1908-ci ildə M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar Bakını tərk edərək İrana gedir. O, 1910-cu ildə İran Demokrat Partiyasının əsasını qoyur. Həmçinin “İrane Nou” və …

Read More »

Bu gün Mustafa Kamal Atatürkün anım günüdür

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 84 il ötür. 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər Mustafadan fərqləndirmək üçün …

Read More »

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim …

Read More »

Bərdə terrorundan iki il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından iki il ötür. Boyukmillet.com xəbər verir ki, 2020-ci il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndini “Smerç” raketləri ilə atəşə tutub. Nəticədə dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil …

Read More »

“Rekordlar kitabın”a düşən metrodakı dəhşətli partlayışdan 27 il ötür

Bakı Metropoliteninin “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş vermiş partlayışdan 27 il ötür. 1995-ci ilin oktyabrın 28-də baş vermiş həmin hadisə zamanı 300-ə yaxın insan ölmüş, 400 nəfər yaralanmışdı. Bu hadisədən bir il öncə Bakı Metropolitenində iki terror hadisəsi baş vermişdi: 1994-cü il martın 19-da metronun “20 yanvar” stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər …

Read More »

27 Sentyabr – Şəhidlərimizin Anım Günüdür! TORPAĞI VƏTƏN EDƏN ŞƏHİDLƏR

Ermənistanla Azərbaycan arasındakı bu münaqişə 3 günün, 5 günün münaqişəsi deyil, 221 il bundan əvvəl Çar Rusiyasının Cənubi Qafqaza işğalçılıq hücumları başlayandan onlara maşalıq edən erməni soysuzlar xalqımızı arxadan vurmaqda davam edirlər. Çox keçmədi ki, çörəyini yeyib, qapısında yallandıqları müsəlman ağalarına xəyanət edən ermənilər maşası olduqları ruslardan öz mükafatlarını aldılar – ruslar İrandan və Osmanlıdan köçürüb gətirdikləri erməni əhalini yeni …

Read More »

Türkiyənin Zəfər Bayramı günüdür

Bu gün Türkiyədə Zəfər Bayramı qeyd edilir. Boyukmillet.com xəbər verir ki, 1922-ci ilin 26 avqustunda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə başlayan müharibənin 30 avqustda Dumlupınarda qələbə ilə nəticələnməsi bayram kimi qeyd olunur. Birinci Dünya Müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin düşmən ölkələr tərəfindən parçalanmasının qarşısı bu qələbə ilə alınıb. 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsi hesab edilir. …

Read More »