Bazar ertəsi , 13 İyul 2020
Home » Cəmiyyət » Cavab verdiyim üçün daha çox təhqir edilirəm – Adil Əliyev

Cavab verdiyim üçün daha çox təhqir edilirəm – Adil Əliyev

Boyukmillet.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında vitse-spiker Adil Əliyev deyib.

Vitse-spiker bildirib ki, sosial şəbəkələrin bir çoxu ABŞ-da yaradılıb və ofisləri də oradadır:

“Lakin ABŞ-da sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb. Layihənin əsas məqsədi terrorçuluqla və digər hallarla bağlı çağırışların qarşısını almaqdır. Sosial şəbəkə istifadəçisi təbii ki, fikrini ifadə etməlidir. Lakin Konstitusiyanın 47-ci maddəsi diktə edir ki, tənqidə dözümlü olmalıyıq, təhqirə isə yox. Sosial platformalar hansısa məqsədlərə nail olmaq üçün istifadə edilən yerdir. ABŞ Prezidentinin dediyi kimi, sosial şəbəkələr bir qrup insanın maraqlarını təmin edən platformaya çevrilib. Son zamanlar ölkəmizdə də müharibə, terrorizm və s. ilə bağlı çağırışlar edilir. Ancaq bu qanunazidd addımların qarşısı alınır. Bizim müvafiq komitəmizdə bu məsələ ilə bağlı müzakirəyə və Cinayət Məcəlləsində dəyişiklik edilməsinə ehtiyac var. Cinayət və İnzibati Xətalar Məcəlləsində bu dəyişikliklərin edilməsi üçün peşəkar hüquqşünaslar bu məsələyə cəlb edilməlidir”.

Deputat qeyd edib ki, təhqirə ən çox məruz qalan deputatlardan biri də özüdür:

“Cavab verdiyim üçün onlar bunu daha da davam etdirirlər. Mənimlə eyni gündə digərlərini də təhqir ediblər, onlar susublar deyə, daha onların üstünə getməyiblər. Bu məsələdə susmaq olmaz. Sabah digərlərimiz də təhqirə məruz qala bilərik. Ona görə də bununla birgə mübarizə aparmalıyıq”.

Check Also

AQTA daha 74 obyektdə pozuntular aşkarladı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi …