Çərşənbə axşamı , 18 Fevral 2020
Home » Cəmiyyət » Çeçen mafiyasının özəllikləri: “razborkalarda” alternativsiz milli yol – “Oğru” işləri

Çeçen mafiyasının özəllikləri: “razborkalarda” alternativsiz milli yol – “Oğru” işləri

“Mən “oğru” qanunlarını tanımıram. Bir dəfə Çeçenistandan “oğru”ları toplayıb dedim ki, Çeçenistanda “oğru” işlərinə son verin. Bizim daha yaxşı və daha vacib qanunlarımız var”. 
Bu sözləri Ramzan Kadırov Çeçenistan televiziyası “Qroznı”da yayımlanan illik mətbuat konfransı zamanı deyib. 
Məsələ ondadır ki, bu, həqiqətən də belədir – Çeçenistanda məsələləri ayırd etmək üçün başqa qanunlar tətbiq olunur və bu, nə Cinayət Məcəlləsi, nə də Cinayət Prosesual Məcəlləsinin qaydalarıdır.
Vəziyyətə bələd olan bir mənbə bildirib ki, Çeçenistanda “oğru qanunları” heç vaxt qəbul edilməyib, ona görə də Kadırovun “islahedici” söhbətindən sonra heç nə dəyişməyib: 
“Çeçenlər arasında, o cümlədən kriminal aləmin nümayəndələrinin iştirakı ilə hər hansı bir böyük münaqişə baş verərsə, kimin doğru, kimin yalan olduğunu müəyyən etmək üçün həmişə yalnız iki yol olub. Birincisi İslam standartlarıdır. İkinci isə adət və ənənələr yoludur. Üçüncü bir seçim yoxdur, onu sadəcə tanımayacaq, başa düşməyəcəklər. Əgər siz münasibətlərin aydınlaşdırılması zamanı hər şeyi adətə uyğun həll etməyi təklif etsəniz, rəqibinizsə “qanuni oğru” olduğunu desə belə, problem “oğru” anlayışlarına uyğun həll edilməyəcək, bu, sadəcə mümkün deyil. Həmişə də belə olub. Ancaq bu, yalnız Çeçenistan daxilində olan çeçenlər arasında “razborka”lara aiddir”.
Ümumrusiya miqyasına gəlincə, Çeçenistan bir neçə ildir ki, öz mafiyasını “oğru” dairələrində ciddi fiqura çevirmək üçün qlobal layihə həyata keçirməyə çalışır.
Mənbənin sözlərinə görə, hazırda Çeçenistan və mafiya elitası arasında əlaqələrin qorunması üçün aşağıdakı yaxşı işləyən bir mexanizm fəaliyyət göstərir. Moskvada Zaur adında, baş ofisi Prezident Oteldə yerləşən nüfuzlu bir çeçen yaşayır.
Onun ən nüfuzlu “qanuni oğru”larla yaxın münasibətləri var. O, “1 nömrəli oğru” Zaxariya Kalaşovun (Şakro Molodoy) çevrəsinə daxil olub. Çeçenistanın nüfuzlu nümayəndələri öz mövqelərini hansısa “oğru”ya çatdırmaq istəyəndə bu məsələyə Zaur qoşulur.
Eyni bağlantılar əks istiqamətdə də hərəkət edir. Zaur cinayət dairələrində sayılan insandır, buna görə də əksər hallarda tərəflər razılığa gəlirlər. Vəziyyət dalana dirənməyə yaxındırsa, belə vəziyyətdə Çeçenistanda “ağır artilleriya” mövcuddur – o, hazırda ən nüfuzlu çeçen “avtoritet” Kazbek Dukuzovdur. O, 90-cı illərin cinayətkar savaşlarının fəal iştirakçısıdır, hər zaman da “oğrular”a yaxın olub.
Onun namizədliyi hətta “tac” üçün də nəzərdən keçirilib, lakin Dukuzov özü bunu istəməyib.
Bir vaxtlar tanınmış çeçenlər Dukuzovu BƏƏ-dəki həbsxanadan çıxarmaq üçün böyük bir əməliyyat keçirib və sonra onu xüsusi təyyarə ilə Çeçenistana gətiriblər. Əsas problem Dukuzovun amerikalı jurnalist Pol Xlebnikovun qətlinə görə beynəlxalq axtarışda olması idi.
Bir mənbənin dediyinə görə, hazırda Kazbek Çeçenistanda yaşayır, mafiya dünyası ilə bağlı demək olar ki, hər hansı bir münaqişə vəziyyətini həll edə bilir. İstisna hallarda, o, Moskvaya gəlir, lakin bu cür ziyarətlərdən sui-istifadə etmir, çünki onunla bağlı axtarışları heç kim ləğv etməyib. Yeri gəlmişkən, Dukuzov da Kadırov kimi, ABŞ-ın sanksiya siyahısına daxil edilib.
Cinayət aləmində güclü nümayəndələrinin olmasına baxmayaraq, Çeçenistanda özlərinin hətta “1 nömrəli qanuni oğru” adına iddia edə bilən “cinayət generalı”nın olmasını istəyirlər.
Əvvəlcə belə bir lider kimi “oğru” Əziz Batukaevi görürdülər. Böyük çətinliklə onu Qırğızıstandakı koloniyadan çıxarmağı bacardılar, sonra isə xüsusi təyyarə ilə Qroznıya apardılar. Batukaevin “oğrular” dünyasında əsas simaya çevriləcəyi güman edilirdi. Tezliklə ona digər bir çeçen “oğru” – Hüseyn Əhmədov (Hüseyn Slepoy) qoşuldu. Lakin onların yalnız çeçen diasporuna təsiri vardı, o da ki məhdud dərəcədə.
Deyildiyinə görə, bu iki “cinayət general”ının inkişafına narkotik maddələrə asılılıqları mane oldu. Bunu Əzizin “oğru” Nadir Səlifovla (Lotu Quli) qarşıdurması da göstərdi. “Rosbalt”ın mənbəsinə görə, o zaman sonuncu daha məqbul sayılmışdı.
Agentliyin həmsöhbətləri hesab edirlər ki, Səlifov çeçen “qanuni oğru” Əhməd Dombaev koloniyadan zəng vurub xahiş edəndən sonra Batukayevə münasibətdə “oborotkları” azaldıb. Bütün bu hekayələrdən sonra Çeçenistanda Əzizə münasibət nəzərəçarpacaq dərəcədə soyuyub. Hüseyn Slepoy isə narkotiklə həbs edilib.
İndi “oğrular” Gilani Əliyev (Gilani Sedoy), Əziz Batukaev (Əziz), İslam Edilgireyev (İslam Bolşoy) mütəmadi Çeçenistanda olurlar. Bu yaxınlarda uzun müddət oturandan sonra dincələn Əhməd Dombaev də onlara qoşulub. O dünyanın mafiya üzvləriylə aktiv danışıqlar aparır. Dünyanın dörd bir yanından olan mafiya nümayəndələri də məhz ona etibar edirlər.
Dombaev idmançı və dindar insandır, adı heç vaxt hər hansı narkotik vasitənin istifadəsində hallanmayıb. Demək olar ki, gəncliyindən bəri müxtəlif koloniyalarda həbs həyatı yaşayıb. Gəncliyində oğurluq və soyğunçuluqda günahlandırılıb və son dəfə çox səs-küylü bir işlə bağlı dəmir barmaqlıqlar arxasında olub. 
Hadisə belə olub: 2009-cu ilin yazında böyük bir Çin şirkəti Moskvaya bir göndərmə ayaqqabı gətirib.
Yol polisi əməkdaşının həmin yükləri daşıyan maşınları saxladığı anda çeçen nömrələri olan avtomobillər yük maşınlarına yan alıb. Həmin maşınlarda on nəfər, həmçinin Rusiya Federasiyası FSB-nin əməkdaşı Yevgeni Juravlyov da olub. Əks-kəşfiyyatçı malların qaçaqmal kimi müsadirə edildiyini açıqlayıb. Maşınlar anbarlardan birinə aparılaraq boşaldılıb və tezliklə hamısı satılıb.
Birinci həbs edilən, vaxtilə FSB-dən qovulan Juravlyov olub. Sonra bu cinayətin təşkilatçısı olduğu ortaya çıxan Dombaev nəzarətə alınıb. 10 il həbs cəzasına məhkum edilib; həbsxanada olduğu müddətdə “qanuni oğru” olaraq “taclandırılıb”. (Qaynarinfo)

Check Also

Ədliyyə nazirindən yeni təyinat – ÖZƏL

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.  Boyukmillet.com-un məlumatına görə, bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət …