Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Futbol » Çempionlar Liqası: “Malmö” və “Lüdoqorets” qələbə qazanıb

Çempionlar Liqası: “Malmö” və “Lüdoqorets” qələbə qazanıb

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.

Boyukmillet.com xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi “Qarabağ” Polşada “Lex”ə minimal hesabla uduzub – 0:1.

İsveç “Malmö”sü evdə İslandiya “Vikinqur”unu 3:2, Bolqarıstan “Lüdoqorets”i isə Monteneqro “Sutyeska”sını 2:0 hesabı ilə yenib.

İrlandiyanın “Şemrok Rovers” və Şimali Makedoniyanın “Şkupi” komandaları ilk matçda inamlı qələbə qazanıblar. Onlar müvafiq olaraq Malta “Hibernians”ını və Cəbəllütariq “Linkoln”unu üç cavabsız qolla üstələyiblər.

5 iyul

UEFA Çempionlar Liqası

İlk oyunlar

20:00. “Pünik” (Ermənistan) – ÇFR (Rumıniya) – 0:0

21:00. “Malmö” (İsveç) – “Vikinqur” (İslandiya) – 3:2

Qollar: Martin Olsson, 16. Ola Toyvonen, 42. Velko Birmançeviç, 84 – Kristal İnqason, 38. Helgi Qudyonsson, 90+3

21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Sutyeska” (Monteneqro) – 2:0

Qollar: Aleks Santana, 75. Matias Tissera, 90+2

22:00. “Balkani” (Kosovo) – “Jalgiris” (Litva) – 1:1

Qollar: Astrit Thaçi, 16 – Oliver Buff, 26

22:00. TNS (Uels) – “Linfild” (Şimali İrlandiya) – 1:0

Qol: Rayan Brobbel, 57

22:00. “Lex” (Polşa) – “Qarabağ” (Azərbaycan) – 1:0

Qol: Mikael İshak, 41

22:30. “Şemrok Rovers” (İrlandiya) – “Hibernians” (Malta) – 3:0

Qollar: Ronan Finn, 26. Dilan Uotts, 41. Rori Qaffney, 78

22:45. “Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq) – 3:0

Qollar: Mamadu Danfa, 12. Sunday Adetunji, 28. Skott Viseman, 62 (avtoqol).

Check Also

“Şamaxı”nın İdarə Heyətinin tərkibi açıqlanıb

“Şamaxı” klubunun İdarə Heyətinin tərkibi və məşqçiləri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, hüquqşünas Elçin Usubun …