Cümə , 2 Dekabr 2022
Home » İdman » Çempionlar Liqası: “Napoli” İtaliya futbolunun tarixinə düşüb

Çempionlar Liqası: “Napoli” İtaliya futbolunun tarixinə düşüb

“Napoli” İtaliya futbolunun tarixinə düşüb.

Boyukmillet.com Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Luçano Spalettinin baş məşqçi olduğu komanda buna Niderlandda “Ayaks”ı 6:1 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin III tur oyununda nail olub.

Neapollular qitənin bir nömrəli klub turnirində səfər matçında 6 qol vuran ilk İtaliya təmsilçisi olub. İndiyədək ölkənin heç bir kollektivi bunu bacarmayıb.

Qeyd edək ki, “Napoli” qrup mərhələsində keçirdiyi görüşlərin hamısında qələbə qazanıb. Komanda 9 xalla A qrupuna başçılıq edir.

(Report.az)

Check Also

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək. Boyukmillet.com-un məlumatına görə, sayca 22-ci olacaq mundialın …