Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

Ceyhun Bayramov: “Ermənistanda Azərbaycanın iki hərbçisinin saxlanılması etimadın bərpası prosesinə zərbədir”

“Ermənistanda Azərbaycanın iki hərbçisinin saxlanılması tərəflər arasında etimadın bərpası prosesinə növbəti zərbədir”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bu hərbçilərin Ermənistan tərəfindən saxlanıldığını və onların barələrində cinayət işinin başlanıldığını xatırladıb.

“İlk növbədə qeyd etmək istərdim ki, Ermənistan tərəfi ilə ikitərəfli görüşlər zamanı, eyni zamanda, beynəlxalq vasitəçilər, eləcə də digər dövlətlərin nümayəndələri ilə görüşlər zamanı biz hər kəsin diqqətini bu məsələyə cəlb edirik. Görüşlər zamanı bu faktın daha əvvəl əldə edilmiş razılaşmaların pozulması kimi qiymətləndirilməsinin və Ermənistana bu istiqamətdə təzyiq göstərilməsinin vacibliyini gündəmə gətiririk”, – C.Bayramov bildirib.

Check Also

İlham Əliyev: Ermənistan hələ də Milli Qəhrəman Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir

Müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildiriblər. Boyukmillet.com …