Çərşənbə axşamı , 27 Oktyabr 2020
Home » Cəmiyyət » Ceyhun Bayramov idarə rəisini vəzifədən çıxardı, yeni təyinat oldu – XİN-də növbəti dəyişiklik

Ceyhun Bayramov idarə rəisini vəzifədən çıxardı, yeni təyinat oldu – XİN-də növbəti dəyişiklik

Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi dəyişdirilib.

Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Xarici İşlər naziri Ceyhun Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Pərvin Mirzəzadə işdən çıxarılıb.  

Nazirin digər əmri ilə Rzayev Ramil Əbil oğlu həmin idarənin rəisi vəzifəsinə təyin olunub.

R.Rzayev bu təyinata qədər Azərbaycanın Qazaxıstandakı səfirliyinin birinci katibi vəzifəsində işləyib

Check Also

Ərdoğan: “Bir daha təkrar edirəm, Makronun zehni baxımdan müalicəyə ehtiyacı var”

Avropa İttifaqı (Aİ) Emmanuel Makronun müsəlmanlara qarşı nifrət kampaniyasına “dur” deməlidir. Boyukmillet.com-un xəbərinə görə, bu …