Çərşənbə axşamı , 9 Avqust 2022
Home » Qarabağ » Qarabağ » Ceyhun Bayramov Lavrovla Qarabağ razılaşmasını MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Lavrovla Qarabağ razılaşmasını MÜZAKİRƏ ETDİ

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Modern.az xəbər Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XXX

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıb.

Boyukmillet.com  Rusiya XİN-nə istinadən xəbər verir ki, danışıq zamanı 11 yanvarda Moskvada Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın görüşü zamanı Qarabağla bağlı əldə olunmuş razılaşmanın icrası müzakirə edilib. 

Xatırladaq ki, bu gün Sergey Lavrov Ermənistan XİN rəhbəri Ara Ayvazyanla da görüş keçirəcək. 

Check Also

İlham Əliyev Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib

Prezident İlham Əliyev Azərbaycan tərəfindən Laçın dəhlizinə alternativ yolun inşasısının başa çatmaq üzrə olduğunu deyib. …