Cümə axşamı , 24 Sentyabr 2020
Home » Dünya » Çin əhalisinin sayı 1,4 milyardı ötüb

Çin əhalisinin sayı 1,4 milyardı ötüb

Ötən il Çinin materik hissəsində (Tayvan adası, Honkonq və Makao xüsusi inzibati zonaları istisna olunmaqla) əhalinin sayı 4,67 milyon nəfər artaraq 1,4 milyardı ötüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu açıqlama yayıb. Ötən il Çində 14,65 milyon körpə doğulub ki, bu da hər min nəfərə 10,48 yeni doğulan deməkdir. Ölüm sayı isə 9,98 milyon olub.

Hazırda Çin əhalisinin 715,27 milyonunu kişilər, 684,78 milyonunu qadınlar təşkil edir.

Statistikaya əsasən, əməkqabiliyyətli əhalinin sayı 2018-ci illə müqayisədə bir qədər azalaraq 896,4 milyon nəfərə düşüb ki, bu da ümumi əhali sayının 64 faizi deməkdir.

Ölkə əhalisinin 848,43 milyonu şəhərlərdə, 551,62 milyonu kənd yerlərində yaşayır. Ötən il şəhər əhalisinin sayında 17,06 milyon nəfər artım, kənd əhalisinin sayında isə 12,39 milyon nəfər azalma qeydə alınıb.

Check Also

Gələcək polislərin and içmə mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində gələcək polislərin andiçmə mərasimi keçirilib. …