Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

Çin Xarici İşlər Nazirliyi ABŞ-la hərbi münaqişə ehtimalını dəyərləndirib

“Çin və ABŞ arasında gözlənilməz hərbi münaqişə yaranarsa, bu, Los-Ancelesə və ya Kaliforniyanın digər sahillərinə hərbi gəmilər və təyyarələr göndərəcək Pekinin təxribatçı hərəkətləri ilə baş verməyəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunin ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsində “Bloomberg”in məqaləsinə münasibət bildirərkən deyib.

XİN rəsmisi tviterdə “Bloomberg”in “Çin Blinkenin dediklərinə daha yaxşı diqqət yetirsin” başlıqlı məqaləsinin ekran görüntüsünü dərc edib. Agentlik həmçinin yazıb ki, “Çin öz cəsarətli pilotlarının və gəmi kapitanlarının ABŞ qoşunlarını riskli manevrlərlə sahillərindən qorxuda biləcəyinə inanır, lakin onlar çox uzağa getsələr, baş verəcəkləri bəyənməyəcəklər”.

Məqaləni tənqid edən Hua Çunin bildirib: “Əksinə, buna Çin ərazisi yaxınlığında ABŞ hərbi gəmiləri və təyyarələri səbəb olacaq. Çin ölçüsündə bir ölkə ilə münasibətlərdə əsas qayda qarşılıqlı hörmətdir”.

Onun sözlərinə görə, bir çox çinli oxucu üçün bu məqalə şantajdır: “Müəllifin, redaktorun tarix və coğrafiya dərslərinə ehtiyacı ola bilər”.

Check Also

Gürcüstan Prezidenti qanunun ləğvini tələb edir

“Sözügedən qanun Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə ziddir” Gürcüstan Prezidenti Salome Zurabişvili ilk dəfə olaraq Konstitusiya …