Çərşənbə axşamı , 2 Mart 2021
Home » Digər ölkələr » Cozef Baydenin andiçmə mərasimindən sonra iğtişaşlar olub

Cozef Baydenin andiçmə mərasimindən sonra iğtişaşlar olub

ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin dünənki andiçmə mərasimindən sonra ölkənin qərb sahillərində yerləşən Portland və Sietl (Seattle) şəhərlərində solçu hərəkatları iğtişaş törədiblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə hər iki şəhərin polis departamentləri “Twitter” səhifəsindən bildiriblər.

“Fox News” xəbər verir ki, Sietlin mərkəzində etirazçılar məhkəmə binasını və “Amazon”un dükanını dağıdaraq dövlət bayrağını yandırıblar. İki nəfər saxlanılıb. Portlandda isə Demokrat Partiyasının şəhər ofisi dağıdılıb, gömrük və immiqrasiya xidmətlərinin binaları daşqalaq edilib. Bir qismində elektroşok cihazı, qaz balonları gətirən etirazçılar antifaşist təşkilatları və əks-irqçi BLM hərəkatının üzvü olduqlarını göstərən şüarlar səsləndiriblər.

Check Also

Tramp Baydenin siyasətini kəskin tənqid edib

ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp Co Baydenin prezident olduğu ilk ayda yürütdüyü siyasəti kəskin …