Cümə , 30 İyul 2021
Home » Cəmiyyət » Dənizçinin şəxsiyyət sənədinin verilməsinə görə rüsumun məbləği təsdiqləndi

Dənizçinin şəxsiyyət sənədinin verilməsinə görə rüsumun məbləği təsdiqləndi

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, dəyişikliklə dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsinə görə rüsumun məbləği müəyyənləşib.

Belə ki, dənizçinin şəxsiyyət sənədinin verilməsi və ya dəyişdirilməsi: on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 40 manat, beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə – 80 manat, bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə isə 120 manat rüsum ödənəcək.

Check Also

Göyçayda “Hak inşaat” satış mağazası açıldı

Prezident İlham Əliyevin Respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Göyçay …