Çərşənbə axşamı , 31 Mart 2020
Home » Cəmiyyət » DƏRBƏND ŞƏHƏRİNİN NİZAMİ PARKINDA QAZINTI İŞLƏRİ DAYANDIRILDI-FOTO

DƏRBƏND ŞƏHƏRİNİN NİZAMİ PARKINDA QAZINTI İŞLƏRİ DAYANDIRILDI-FOTO

MOSKVA YARANMIŞ VƏZİYYƏTƏ MÜDAXİLƏ ETDİ

Boyukmillet.com aldığı məlumata görə, bu gün Nizami parkında gedən qazıntı işləri dayandırılıb. İnformasiyada bildirilir ki, Dərbənd qoruq-muzeyinin direktoru Əli İbrahimovun böyük səyi nəticəsində oğuz türklərinin qəbirləri olduğu ərazidə vandalizmə son qoyulub: “ “Narın qala”, şəhərin “Moğal” adlanan hissəsi və digər ərazilərə Əli İbrahimov birbaşa cavabdehdir. Bundan əlavə, Dərbənd YUNESKO-nun dünya mədəni irsi siyahısına daxildir. İstər Rusiya Mədəniyyət Nazirliyindən, istərsə də sözügedən qurum tərəfindən qoruq vaxtaşırı yoxlanılır. Nizami parkı da bu ərazidə yerləşir. Şəhər meri Xizri Abakarov torpağı qanunsuz satıb. Süleyman Kərimovun yaxın adamlarından biri ərazidə restoran və kafe şəbəkəsi qurmaq istəyir. Bu tam qanunsuzluqdur. Əli İbrahimov şəhər icra başçısına sərt təpki göstərdi, heç nədən qorxmadı. Camaat da Əli müəllimi müdafiə edir. Artıq problemə Moskvadan da reaksiya verilib. Yaxın günlərdə Rusiya paytaxtından Dərbəndə xüsusi komissiya gələcək, federal yoxlamalar aparılacaq.” Mənbənin söylədiklərinə görə, Əli İbrahimovu Rusiya Mədəniyyət Nazirliyində də müdafiə edirlər. Çünki haqlı olduğunu yaxşı bilirlər: “Əli İbrahimovun şəhərdə, eləcə də, Azərbaycan icmasında böyük hörməti var. O, millətini və tariximizi sevən insandır. Digər tərəfdən, Rusiya qanunvericiliyinə uyğun olaraq muzey-qoruğun toxunulmazlığını daim təmin edir. Əli müəllim icra başçısının qanunsuz hərəkətlərinə qarşı çıxarkən məhz federal qanunlara arxalanır. Elə bu səbəbdən də insanlar onun dirəniş göstərməsini alqışlayır.”

Mövzuya qayıdacağıq.

P.S. Aşağıda Əli İbrahimovun şəklini dərc edirik. Fotonun arxasındakı xalçada Azərbaycan dilində “Qədim Dərbənd” sözləri yazılıb. Məsələ aydındır…

Check Also

Bu gündən Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən …