Bazar ertəsi , 18 Oktyabr 2021
Home » Mədəniyyət » Dərbənddə Azərbaycan Dram Teatrının binasının yenidən qurulmasına başlanılıb

Dərbənddə Azərbaycan Dram Teatrının binasının yenidən qurulmasına başlanılıb

Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması işlərinə başlanılıb.

Boyukmillet.com xəbər verir ki, Dərbənd şəhər rəhbərliyi məlumat yayıb.

Şəhər rəhbəri Rustambek Pirmaqomedov deyib ki, mövcud tikili pozuntular səbəbindən söküləcək və bundan sonra yenisi tikiləcək.

Teatrın direktoru Firdovsi Əsgərov bildirib ki, “Project City Group” layihə və tikinti şirkətinin mütəxəssisləri konseptual təklifin hazırlanması üzərində çalışıblar.

Qeyd edək ki, Azərbaycan Dövlət Dram Teatrı 20-ci əsrin əvvəllərində Dağıstanda həvəskar teatr kimi yaradılıb. Dövlət teatrı statusu isə 1998-ci ildə verilib.

Check Also

Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirilib

Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb. Bu barədə Xalq artistinin yaxınları məlumat …