Bazar ertəsi , 18 Oktyabr 2021
Home » Cəmiyyət » Daha bir deputat 18 oktyabrın qeyri-iş günü olmasını təklif edib

Daha bir deputat 18 oktyabrın qeyri-iş günü olmasını təklif edib

“Ümid edirəm ki, Nazirlər Kabineti 28 May – Müstəqillik Günü və 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün qeyri-iş günü olması barədə qərar qəbul edəcək”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib.

Deputat xatırladıb ki, 1991-ci ilin 18 oktyabrında “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul olunması əslində dövlət müstəqilliyinin bərpasıdır: “O vaxt hazırlanma prosesində tələskənlik olduğundan ad düzgün ifadə olunmayıb. Əslində, 30 avqust tarixində biz “Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası haqqında Bəyannamə” qəbul etmişdik. Yəni Müstəqilliyin Bərpası Günü hələ 1991-ci ildə qəbul olunmuş bəyannamədir.

Ancaq sonradan qanun Dövlət Müstəqilliyi adlansa da, bəyannaməyə istinad olundu. Məzmun da bundan ibarət oldu ki, 1920-ci ildə mövcud olmuş Cümhuriyyətin varisi kimi müstəqilliyi bərpa edirik. Şübhəsiz ki, 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günüdür”.

Check Also

Qərbi Azərbaycan İcması və Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə Müstəqilliyimizin bərpası gününə həsr olunan tədbir keçirilib

Qərbi Azərbaycan İcması Gənclər Təşkilatının, İcmanın Ankara təmsilçiliyinin və Azərbaycan Texnologiya Universitetinin təşəbbüsü ilə “18 …