Cümə , 13 Dekabr 2019
Home » Cəmiyyət » Daimi nümayəndəlikdə bu günə qədər 1130-dan çox vətəndaşa şəxsiyyət vəsiqələri verilib

Daimi nümayəndəlikdə bu günə qədər 1130-dan çox vətəndaşa şəxsiyyət vəsiqələri verilib

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində səyyar xidmət davam edir. Daimi nümayəndəlikdən NUHÇIXAN-a verilən məlumata görə, noyabrın 15-dən başlayan səyyari xidmətdə bu günə qədər 1130-dan çox vətəndaşa şəxsiyyət vəsiqələri verilib, 500 nəfərdən çox vətəndaş isə şəxsiyyət vəsiqəsinin alınması üçün növbə gözləyir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan, lakin paytaxtda və respublikanın digər şəhər və rayonlarında müvəqqəti və ya daimi yaşayan vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi məqsədilə noyabrın 15-dən dekabrın 5-dək Bakı şəhəri Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsi 46 ünvanında yerləşən Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində səyyar xidmət keçirilir.

Yeni şəxsiyyət vəsiqəsi almaq və ya dəyişmək istəyən Naxçıvan Muxtar Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar hər gün (bazar günləri istisna olmaqla) yuxarıda qeyd olunan ünvana müraciət edə bilərlər.

Check Also

İSBAM Şəmkirdə şəhidləri yad edib.

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) Şəmkir rayonunda tədbir keçirib. Şəhid polkovnik əks-kəşfiyyatçı Vüqar Yusifov …