Çərşənbə axşamı , 21 Mart 2023

DAK rəsmisi Polad Həşimovun anası ilə görüşüb

Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü və DAK-ın Güney Azərbaycan Nümayəndəliyinin rəhbəri Babək Muğanlı şəhid general, Azərbaycanın Milli Qəhramanı Polad Həşimovun anası Səmayə ananı ziyarət edib.

Babək Muğanlı Güney Azərbaycan türkləri adından Səmayə ananı salamlayıb və şəhid general Polad Həşimovun keçdiyi rəşadətli həyat yolunu, döyüşlərdə göstərdiyi igidliyinin gənclərimizdə vətənpərvərlik hissinin inkişafına və güclənməsinə, mübarizə əzminə təsirindən danışıb. Babək bəy bildirib ki, general Polad Həşimov Dünya Azərbaycanlılarının simvoluna çevrilən bir qəhramandır.

Check Also

Keçmiş Mədəniyyət naziri Anar Kərimovun kadrı Səxavət…

Ağdaş Regional Mədəniyyət idarəsi Ağdaş, Ucar, Göyçay, Zərdab rayonlarındakı mədəniyyət obyektlərinə nəzarəti həyata keçirtməli olan …