Bazar , 9 Noyabr 2025
Drone Cameras

Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edildi – FƏRMAN

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

Boyukmillet.com-un məlumatına görə, Fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilsin”.

Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

Ali Məclis Sədrinin digər bir Fərmanı ilə Suliddin Əliyev Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad  edilib.

Check Also

Tarixdə Bir İz – Qürurumuzun Adı:8 Noyabr

Bəli, bu tarix – 8 Noyabr – Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə həkk olunub. Bu …