Çərşənbə , 5 Oktyabr 2022
Home » Mədəniyyət » “Dastana dönən şəhid” filminin təqdimatı olub.

“Dastana dönən şəhid” filminin təqdimatı olub.

Bərdə rayonunda 18 avqust Sərhəd Qoşunlarının yaranması münasibətilə Dövlət Sərhəd Xidmətinin giziri Vətən müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin xatirəsinə ithaf olunmuş Zahir Əsədovun ekranlaşdırdığı “Dastana dönən şəhid” filminin təqdimatı olub.

Boyukmillet.com xəbər verir ki, filmin senarı müəllifi hərbi jurnalist Şöhrət Eyvazov, bəstəkarı Elcin Atayev, lahiyyə rəhbəri Günel Əliqızıdır.

Tədbir şəhidlərin və Ulu Öndərin ruhunu 1 dəqiqəlik sükutla yad edərək dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gunel Abbasova sayca şəhidlərə ithaf olunmuş 8 ci filmin təqdimatını kecirməyin qüruru ilə bərabər şəhidlərin ruhu qarşısında bir məsuliyyət kecirdiyini vurğulayıb.

Tədbirdə Bərdə rayonunun axundu Hacı Ramazan, Leyla Məmmədova, Elcin Atayev, Shohret Eyvazov, Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov, Şəhid Elməddin Hüseynzadənin, Devran Naibovun anası, Səid Ədilovun bacısı cıxış edərək vətənpərvərliyin təbliği ücün bu cür filmlərin cəkilməsinin vacibliyini bildirib.

Check Also

Qazilərdən ibarət “Mübarizlər” teatrı Anım günü ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirib

Qazilərdən ibarət “Mübarizlər” teatrı Anım günü ilə bağlı “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirib. …