Cümə axşamı , 18 Avqust 2022
Home » Cəmiyyət » Deputat: “Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır, bu, dözülməzdir”

Deputat: “Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır, bu, dözülməzdir”

“Ərzaq və qeyri-ərzaq bazarındakı qiymətlər günbəgün artır. Bu, dözülməzdir”.

Bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti qiymət artımının qarşısının alınması üçün tədbirlər üzərində işləməlidir: “Nə qədər desələr də bazarda inhisarçılıq və monopoliya var. Biz uzun illərdir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi məsələsini qaldırırıq. Hökumətdən xahiş edirəm ki, bu Məcəllənin qəbulunu tezləşdirsinlər”/Report.

Check Also

Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə xəbərdarlıq edib

“Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim …