Şənbə , 23 May 2020
Home » Dünya » Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü

Deputat koronsvirus vaxtı seçicilərlə belə görüşdü

Milli Məclisin deputatı Əziz Ələkbərli  seçiciləri ilə onlayn görüş keçirib.

Boyukmillet.com xəbər verir ki, Əziz Ələkbərli seçildiyi Saatlı rayonunun problemləri ilə bağlı Saatlı sakinləri, eləcə də seçki kompaniyasında dəstəkçi qrup üzvlərinin birgə iştirakı ilə onlayn görüş keçirib.

Gorüsdən öncə Əziz Ələkbərli saatlıları salamlamış, məlum səbəblərdən seçicilərlə planlaşdırdığı görüşün baş tutmaması ilə əlaqədar təəssüfünü bildirib.

Görüş zamanı koronavirus xəstəliyi və onunla bağlı ümumi ölkə üzrə, eləcə də Saatlıda mövcud vəziyyət, rayonun spesifik problemləri, camaatı narahat edən məsələlər müzakirə olunub.

Əziz Ələkbərli Saatlı sakinləri tərəfindən irəli sürülən təkliflər, eləcə də son günlər Saatlı seçiciləri tərəfindən daxil olan şikayətlərin umumiləşdirilərək tədbir görülməsi üçün nəzarətə götürüldüyü barədə məlumat verib.

Sonda Əziz Ələkbərli bir daha diqqəti koronavirus epidemiyası ilə bağlı ölkədəki mövcud vəziyyətə cəlb edərək, bildirib ki, dövlətimiz bütün dünyanı bürümüş bu bəlaya qarşı mübarizədə ilk gilk gündən xalqının yanında olub və ölkə başçısı cənab İlham Əliyevin çevik siyasəti, vaxtında həyata keçirdiyi önləyici tədbirlər nəticəsində ölkəmizdə vəziyyət hazırda bir çox ölkələrə nisbətən xeyli qənaətbəxş səviyyədədir. O, seçicilərini əmin edib ki, bundan sonra da dövlət vətəndaşlarının sağlamlığı və rifahı üçün əlindən gələni edəcək. “Karantin rejiminin bu günlərdə sərtləşdirilməsi də insanlarımızın saglamlığı naminədir və son dərəcə vacib addımdır, ona görə də hamı tam ciddiyyətlə qoyulan tələblərə əməl etməlidir. Cənab prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın son günlərdə xalqa ünvanlanan müraciətləri də hakimiyyətlə xalqın birliyinin və həmrəyliyinin əyani sübutudur”, – deyə o, bildirib.

Check Also

İcra başçıları niyə Padşaha çevirilir?

Prezident İlham Əliyev bildirib ki, son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 …