Cümə , 19 İyul 2024
Drone Cameras

Deputat: Nikah üçün tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir

Bu ilin 4 ayında nikah bağlayanların sayı 14 min, boşananların sayı isə 7 min olub. Hesab edirəm ki, boşanmaların səbəbləri içərisində minimum 30 faizi tibbi müayinə ilə bağlı məsələnin ciddi şəkildə əməl olunmaması ilə bağlıdır.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, onlarla ailə var ki, ailə qurandan iki ay sonra fərdlərdən birinin ağır xəstəliyə düçar olduğu bəlli olur:

“Bir ailənin sütunu başdan dağılmış vəziyyətə gəlib çıxır. Söhbət boşanmadan, ayrılmadan getmir. İki nəsil arasında böyük problemlər yaşanmış olur. Tibbi müayinə ilə bağlı qaydalar ciddi şəkildə sərtləşdirilməlidir”.

Check Also

Şəhid qardaşı: O, könüllü getdiyi müharibədən 31 il sonra qayıtdı

Qardaşım Ağdam, Beyləqan, Füzuli və başqa ərazilərdə illərlə axtarsaq da, tapa bilmirdik. Boyukmillet.com xəbər verir …