Bazar ertəsi , 27 Sentyabr 2021
Home » Diaspor » Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib

Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb, mətbuat katibinə yeni vəzifə verilib

Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.

Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunub və həmin şöbəyə birləşdirilib.

Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb.

Check Also

Azərbaycanlı Ramin Məmmədov ABŞ-da Nümayəndələr Palatasına seçkilərdə namizədliyini irəli sürüb

Azərbaycan mənşəli ABŞ vətəndaşı Ramin MəmmədovABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilər üçün namizədliyini irəli sürüb. Boyukmillet.com xəbər …