Çərşənbə axşamı , 20 Oktyabr 2020
Home » Hərbi » Diaspor Mərkəzi Əsgərlərimiz üçün qurban kəsib

Diaspor Mərkəzi Əsgərlərimiz üçün qurban kəsib

Beynəlxalq Diasporun təşkilatçılığı ilə bir qrup Diaspor,ictimaiyyət nümayəndələri ön cəbhədə əsgərlərlə görüşmüşdür.

Boyukmillet.com xəbər verir ki, mərkəzin Qarabağ departamentinin rəhbəri Laçın Qazaxov şəxsi təsərüfatından 25 ədəd qurbanlıq heyvan əsgərlərimizin ayağı altında  kəsilmişdir.

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev Boyukmillet.com-a açıqlamasında bildirib ki,”əsgərlərimizdə döyüş ruhu qələbəyə inamı çox yüksək səviyyədə gördük. Bizlərin bütövlükdə xalqımızın daim ordumuzla yaxından maraqlanması əsgərlərimizdə böyük sevinc hissi yaratmışdır. Diasporumuzun fəallarından olan Laçın Qazaxov niyyət etmişdi ki,ordumuzun qələbə yürüşü başlasın, rayonlarımızdan biri alınan kimi 50 qurban kəsəcəyəm. İndi biz o qurbanların 25-ni kəsdik qalanlarınıda inşallah Laçında kəsəcəyik.”

Əsgərlərimizlə görüşdə iştirak edən İSBAM sədri, BDM sədrinin mavini  Samir Adıgözəlli saytımıza bildirib ki,”Ordumuzun hər bir fərdində qələbə əzmi,döyüş ruhu gördük. Bu ruhun qarşısında mənfur düşmənin darmadağın olması labüddür” Eyni zamanda Samir Adıgözəlli qeyd etdi ki, ”Cəbhəyanı kəndlərin əhalisində də, ordumuzla bərəbər mübarizliyin ruh yüksəkliyinin şahidi olduq.”

Qeyd edək ki,görüşlərdə Milli QHT Forumunun prezidenti Rauf Zeyni,Forumun vitse prezidenti Adəm İsmayılov, ehtiyyatda olan polkovnik hərbi ekspert Baxış Ələkbərov, ictimai fəallardan Ramil Əliyev, İsa Ələkbərli  və digərləri iştirak etmişlər.

Boyukmillet.com

Check Also

İşğaldan azad olunan sərhəd zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb

Azərbaycan-İran dövlət sərhədinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan 132 km-lik hissəsinin azad edilməsinə başlanılması …