Bazar , 31 May 2020
Son Xəbər
Home » Gündəm » Diaspor nümayəndəsindən Fuad Muradova sərt ittiham: “Adi tədqiqat aparılsa saxtakarlıq və korrupsiya faktları üzə çıxacaq”

Diaspor nümayəndəsindən Fuad Muradova sərt ittiham: “Adi tədqiqat aparılsa saxtakarlıq və korrupsiya faktları üzə çıxacaq”


Fuad Muradov dövlət pullarını mənimsəmək üçün cinayətkar şəbəkə yaradıb Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Respublikası dövlət büdcəsindən xaricdəki azərbaycanlı diasporalarının və Dövlət Komitəsinin öz fəaliyyəti üçün ayrılmış maliyyə vəsaitlərini mənimsəmək üçün cinayətkar şəbəkə yaradıb. Bunu açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov bildirib. Daşqın Gülməmmədov qeyd edib ki, Fuad Muradovun və ümumilikdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətlərinin yoxlanılması üçün artıq 3 dosye hazırlayıb və yaxın zamanlarda bu dosyelər Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətnə və Baş Prokuroluğa göndərəcək: “ Fuad Muradov “koordinasiya Şuraları” adı altənda dövlət vəsaitlərinin mənimsənilməsi üçün cinayətkar mexanizm yardıb. Bu Koordinasiya Şuralarına, həmçinin bəzi diaspora təşkilatlarına dövlət büdcəsindən maliyyə vəsaitlərinin ayrılması və sərf edilməsi şəffaf deyil, Həmin vəsaitlərin xərclənməsi ilə bağlı tərtib edilmiş sənədlərin çoxu saxtadır və adi tədqiqat aparılsa saxtakarlıq və korrupsiya faktları üzə çıxacaq. Fuad Muradov Azərbaycan diasporasını tam məhv edib. Diaspora elə bir vəziyyətdədir ki, Azərbaycan Respublikası və xaricdə yaşan azərbaycanlılara qarşı düşmən qüvvələr tərəfindən təşkil edilən kiçik informasiya təxribatlarına belə müqavimət göstərə bilmir. Bunların hamısının səbəbkarı Fuad Muradovdur. Bu şəxs dövlət vəsaitlərini mənimsəməklə məşğul olub, diasporanı isə tam dağıdıb”

Check Also

Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 202 nəfər müalicə olunaraq sağalmış …