Cümə , 22 Yanvar 2021
Home » Dağlıq Qarabağ münaqişəsi » Diaspor təşkilatları Paşinyanın istefasını tələb edir

Diaspor təşkilatları Paşinyanın istefasını tələb edir

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını 20-dən artıq erməni diaspor təşkilatı da tələb edir.

Boyukmillet.com “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Onların arasında Daşnaksütyun Partiyası Mərkəzi Komitəsinin İranın şimal və cənub bölmələri, Suriyadakı Erməni Milli Komitəsi, Küveytdəki milli struktur, Livan Gənclər İttifaqı, habelə daşnakların müxtəlif ölkələrdəki komitələri də var.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan noyabrın 16-da müraciətində parlamentə növbədənkənar seçkilər keçirməyə çağırmışdı. Yerevanda müxalifət Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası keçirir.

Check Also

Füzulidə minaya düşən mülki şəxs vəfat edib

Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu …