Çərşənbə axşamı , 16 İyul 2024
Drone Cameras

“Diyarbəkirspor”un yeni loqosu müzakirə yaratdı – Ermənistanın gerbinə bənzədilib

Türkiyə Futbol Federasiyasının 2. Liqa komandası “Diyarbəkirspor”un yen adı və loqosu böyük müzakirələrə səbəb olub.

Boyukmillet.com xəbər verir ki, adını “Mesopotamiya İdman Fəaliyyətləri” olaraq dəyişdirməyə hazırlaşan klubun yeni loqosunun Ermənistan gerbinə bənzəməsi diqqətdən yayınmayıb.

Klubun yeni loqosu sosial şəbəkələrin Türkiyə seqmentində birmənalı qarşılanmayıb və insanların narazılığına səbəb olub.

“Diyarbəkirspor” rəhbərliyi yaxın günlərdə mövzu ilə bağlı rəsmi açıqlama verəcəklərini bildiriblər.

Qeyd edək ki, 1977-ci ildə “Tarım Doğanspor” adı ilə qurulan komandanın 1986-cı ildəki adı “Beşyüzevlerspor” olub. 2010-cu ildə klubun adı “Yeni Diyarbəkirspor”, 2015-ci ildən isə “Diyarbəkirspor” olub.

“AzPolitika.info”

Check Also

Özünü yandıran qazinin anası: “Həbsdən qorxduğu üçün özünə qəsd edib”

Zülfiyyə Əliyeva deyir ki, qızın ailəsi Elnur Əliyevdən 11 min manat və ev tələb edib İyulun …