Cümə axşamı , 26 Noyabr 2020
Home » İqtisadiyyat » “Dollar pandemiyadan sonra kəskin bahalaşa bilər” – AÇIQLAMA

“Dollar pandemiyadan sonra kəskin bahalaşa bilər” – AÇIQLAMA

Dünyanı bürüyən və hər bir sahəyə ziyan vuran koronavirus pandemiyası dolların vəziyyətinə də təsirsiz ötüşmür.

Maraqlıdır, infeksiyanın yox olmasından sonra dolların kəskin bahalaşması müşahidə edilə bilərmi?

Boyukmillet.com bildirir ki, bu barədə Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda dolların səviyyəsi yüksəkdir və pandemiyadan sonra da bahalaşmanı görə bilərik:

“Dünyada hazırki vəziyyətdə dollar etibarlı parametr kimi önə çıxıb. Dollar indeksi 100-ün üzərindədir. Dollar güvənli liman rolunu oynamaqda davam edir. Xeyli müddətdir ki, hətta möhkəmlənib. Avro qarşısında son ayların ən yüksək səviyyəsinə qalxıb. Hazırda 1 avro 1 dollar, 8 sent səviyyəsindədir. Ümumiyyətlə, dünyada qlobal böhranlar zamanı dollara olan tələbat artır. Bugünkü dönəmdə də belə davam edir. Buna görə pandemiyadan sonra da dolların dünyadakı gücü və rolu davam edəcək. Buna görə deyə bilərəm ki, pandemiyadan sonra dollar kəskin bahalaşa bilər. Yəni onun artması istisna olunmur. Düzdür, bu bəzən Amerika iqtisadiyyatına ziyan vurur. Çünki bahalı dollar ixracatı zəiflədən amildir. Amma buna baxmayaraq, yaxın zamanlarda dollar indeksi yuxarı qalmaqda davam edəcək”.

N.Cəfərli bahalaşmanın Azərbaycanda da olacağını vurğulayıb:

“Bizdə bu proses mədəni-inzibatı qaydada da tənzimlənir. Dünyada gedən proseslər dolayı yolla Azərbaycan iqtisadiyyatına təsir edir. Azərbaycanda dolların ən böyük təsiri neftlə bağlıdır. Hazırda da buna görə dollar daxilolmaları azalıb. Bu da hökumətin verəcəyi qərardan asılıdır. Amma məntiqlə baxsaq, Azərbaycanda da dollar bahalaşacaq”.   /Cebhe.info/

Check Also

Dünya ölkələrinin borcu rekord həddə çata bilər

Qlobal borc miqdarı 2020-ci ilin yekununda 277 trilyon ABŞ dollarına qədər yüksələrək rekord səviyyəyə çata …