Çərşənbə , 26 Yanvar 2022
Home » Manşet » Dövlət başçısı: “Biz heç vaxt imkan verə bilmərik ki, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın”

Dövlət başçısı: “Biz heç vaxt imkan verə bilmərik ki, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın”

“Bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq”.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən bildirib.

Dövlətimizin başçısı deyib: “Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandıra bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışdılar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər. Heç kim bizi dayandıra bilmədi”.

Check Also

MN Kəlbəcər və Laçında dislokasiya olunan qoşunların təminatı ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların təminatı ilə bağlı məlumat yayıb.  Nazirlikdən  bildirilib …