Şənbə , 31 İyul 2021
Home » Daxili siyasət » Dövlət Komitəsi: Bakının bu ərazilərində 5 mərtəbədən hündür binalar tikilməməlidir

Dövlət Komitəsi: Bakının bu ərazilərində 5 mərtəbədən hündür binalar tikilməməlidir

“Bakı şəhərinin baş planında paytaxtın mərkəzi rayonunun xüsusi mühafizə zonası dedikdə İçərişəhər nəzərdə tutulur”.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, yaxın ətrafda yerli və ölkə əhəmiyyətli abidələrin sıx məskunlaşdığı ərazini əhatə edir: “Məqsəd şəhərin tarixi-memarlıq siması mühafizə olunmalıdır. Həmin ərazidə yeni tikililərə icazə verilsə belə, müvafiq normalar qorunmalıdır. Yəni orada 5 mərtəbədən yüksək bina tikilməməlidir. Bütün bu tənzimlənmələrə ciddi nəzarət ediləcək”.

Check Also

Səfirlik: Frənk Pəllonun düzəlişi Azərbaycan-ABŞ tərəfdaşlığına xələl gətirmək yanaşmasını əks etdirir

ABŞ Konqresinin Nümayəndələr Palatasında Təxsisatlar üzrə qanun layihəsi çərçivəsində qəbul olunmuş ermənipərəst Konqres üzvü Frənk …