Bazar , 16 Fevral 2025
Drone Cameras

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəis təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iyulun 8-də Nurlan Pənahovun Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında fərman imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, fərmanda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Nurlan Əjdər oğlu Pənahov Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin”.

Qeyd edək ki, Nurlan Pənahov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini vəzifəsində çalışırdı.

Check Also

HRW İranda azərbaycanlı fəallara təqiblərə son qoyulmasına çağırırq

“Human Rights Watch” (HRW) beynəlxalq insan hüquqları təşkilatının məlumatına görə, İran hakimiyyəti ötən ilin oktyabrından …