Cümə axşamı , 1 Dekabr 2022
Home » Mədəniyyət » Dövlət Xidmətinin rəisi bir sıra abidələrə baxış keçirib

Dövlət Xidmətinin rəisi bir sıra abidələrə baxış keçirib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bir sıra abidələrə baxış keçirib.

Boyukmillet.com xəbər verir ki, ilkin olaraq Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən sənaye borusuna baxılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ələt azad iqtisadi zonası üzrə layihələndirmə işlərini aparan şirkətin əməkdaşları ilə birgə keçirilən baxış zamanı ətrafında tikinti işlərinin aparılması planlaşdırılan, abidə kimi reyestrə daxil olmayan sənaye borusunun mühafizəsi istiqamətində fikir mübadiləsi aparılıb.

Mühəndis tikililəri tipinə daxil olan belə borular, inşa texnikasına, dayanıqlı konstruksiyasına və maraqlı kompozisiyasrna görə diqqəti cəlb edir. Bu kimi tikililər ölkəmizin sənaye tarixinin mühüm elementlərindəndir.

Daha sonra Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Karvansara və ovdanlara baxış keçirilib.

Xidmət rəisi həmin abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

Check Also

Cahangir Novruzov: “Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək həyasızlıqdır”

“Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək tərbiyəsizlik, həyasızlıqdır”. Bunu “Report”a müsahibəsində …