Cümə , 13 Sentyabr 2024
Drone Cameras

DTX rəisindən İrəvana çağırış

Rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm.

Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Ümid edirik ki, dəqiq mina xəritələri, həmçinin itkin düşmüş şəxslərin sonrakı taleyi, onlara aid məzar yerləri barədə məlumatlar Ermənistan tərəfindən Azərbaycana təqdim ediləcəkdir. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılaraq eyniləşdirilmə aparılması uzun müddət mövcud olan humanitar böhranın aradan qaldırılmasına xidmət edərdi”, – Xidmət rəisi əlavə edib.

Ə.Nağıyev vurğulayıb ki, biz bu istiqamətdə hərtərəfli əməkdaşlığa hazırıq:

“Lakin ötən dövrdə bu sahədə biz Ermənistanın konstrukrtiv mövqe tutacağına ümid etsək də, gözləntilərimiz özünü tam doğrultmamışdır. Bu konfransın yaratdığı imkanlardan istifadə edərək rəsmi İrəvanı əsir və girov götürülmüş vətəndaşlarla bağlı məsələlərdə daha sıx əməkdaşlığa dəvət edirəm”.

Check Also

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı təfərrüatlar açıqlanıb

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qarabağ separatçıları barəsində başlanmış cinayət işinin təfərrüatlarından danışıb. Boyukmillet.com xəbər …