Cümə axşamı , 6 Fevral 2025
Drone Cameras

Dünya Bankı: “Ukrayna üçün əlavə 11 milyard dollara ehtiyac var”

“2023-cü ildə Ukraynanın əsas iqtisadi xərcləri maliyyələşdirmək üçün əlavə 11 milyard ABŞ dollarına ehtiyac var”.

Boyukmillet.com xəbər verir ki, bunu Dünya Bankının (DB) prezidenti Devid Malpas deyib.

“Bizim qiymətləndirməmizə görə, 2023-cü ildə ölkənin kritik əhəmiyyətli iqtisadi və əsas xərclərini ödəmək üçün lazım olan əlavə 11 milyard dollarlıq maliyyə çatışmazlığı ilə qarşılaşacağıq”, – o, bildirib.

Onun sözlərinə görə, təşkilat təcili maliyyələşdirmə çərçivəsində Ukrayna üçün 23 milyard ABŞ dollarından çox vəsait toplaya bilib.

Dünya Bankının rəhbəri əlavə edib ki, bu məbləğin 20 milyard ABŞ dolları artıq müvafiq sahələrə yönəldilib. Eyni zamanda, o qeyd edib ki, DB-də ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edən etibarlı nəzarət mexanizmləri yaradılıb.

Check Also

ABŞ Prezidenti BMT-nin İnsan Hüquqları Şurasından çıxmaq barədə fərman imzalayıb

ABŞ Trampın birinci prezidentlik müddətində də Şuradan çıxmışdı ABŞ Prezidenti Donald Tramp BMT-nin İnsan Hüquqları …